ISO 9001:2015

ISO 9001:2015 Beynəlxalq standartı. “Keyfiyyəti idarəetmə sistemləri - Tələblər”

ISO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyəti idarəetmə standartıdır.

ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

ISO 9001 standartının tətbiqi təşkilatın davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir.

ISO 9001 standartının tələbləri məhsulun tədarükündən, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlar üçün nəzərdə tutulub.

2015-ci ildə ISO 9001 standartının yeni versiyası nəşr edilib. Bu versiya dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi ISO-nun 176 saylı Texniki Komitəsi tərəfindən 3 il ərzində işlənib.

2015-ci il versiyası nəşr edildikdən sonra əvvəlki 2008-ci versiyası, həmçinin ISO 9001:2008/Кор.1: 2009 adlı Taxniki düzəlişlər adlı sənəd qüvvədən düşmüş sayılır.

ISO 9001: 2015 versiyası ilə eyni vaxtda standartın ISO 9000: 2015 “Keyfiyyəti idarəetmə sistemi. Əsas müddəalar və lüğət” adlı standart hazırlanıb. Bu standartda ISO 9000 standartlar seriyasında istifadə olunan anlayış, termin və təriflər öz əksini tapıb.

ISO 9001-in yeni versiyasında əvvəkli 2008 versiyası ilə müqayisədə kifayət qədər ciddi dəyişikliklər edilib. İlk növbədə standartın maddələrinin sayı 10-a çatdırılıb.

Əvvəlki versiyadan fərqli olaraq yeni versiyada əsas diqqət KİS-in yaradılmasına təsir edən amillərə yox, KİS-nin tətbiqi nəticəsində əldə ediləcək potensial nəticələrə yönəldilib.

Yeni versiyada risk-əsaslı düşüncə anlayışından istifadə olunub. ISO 9001:2008-də risklərin idarə edilməsi məsələsinə toxunulsa da (Giriş 01.ümumi müddəalar a) bəndi), lakin əvvvəlki versiyada onların idarə edilməsi üzrə fəaliyyətlər barədə məlumat verilmirdi.

Yeni varsiyada isə keyfiyyəti idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrin nail olunması və neqativ nəticələrin qarşısının alınması üçün səylərin risk və imkanlara yönəldilməsinin vacibliyi qeyd edilir.

ISO 9001:2015 standartında təşkilatın iş mühiti (context of the organization) anlayışından istifadə olunub. Standartda təşkilaın iş mühiti təşkilat tərəfindən məqsədlərin qoyuluşuna və ona nail olunmasına təsir göstərə bilən daxili və xarici amillərin məcmusu olaraq müəyyən edilib.

Yeni versiyada sistemin sənədləşdirilməsindən daha çox proses yanaşmasının real tətbiqi vurğulanır. Proseslərlə əlaqədar zəruri informasiyaların işlənməsinin və sənədləşdirilməsinin vacibliyi qeyd edilir. Bu tələbin eyni zamanda proseslərin fəaliyyət nəticələrinə də aid olduğu diqqətə çatdırılır. ISO 9001:2015 proses yanaşmasının standartının maddələri ilə qarşılığlı əlaqələrinin yeni modeli təqdim edilir.

Yeni versiyada liderlik anlayışından istifadə olunub. Standartın 5.1 maddəsində təşkilatın keyfiyyəti idarəetmə sisteminin səmərəli fəaliyyət göstərməsi və planlaşdırılmış nəticələrə nail olmasını təmin etmək üçün ali rəhbərliyin funksional vəzifələrinin səlahiyyət və məsuliyyətlərinin müəyyən edilməsi üzrə tövsiyələr verilib.

Bundan əlavə, standartın 2015 versiyasına “Təşkilatın məlumat bazası”, “Dəyişikliklərin planlaşdırılması”, “Sənədləşdirilmiş informasiya”, “Sənədləşdirilmiş informasiyanın idarə edilməsi”, “Kənar tədarükçülər tərəfindən təqdim edilən proses, məhsul və xidmətlərin idarə edilməsi” kimi yeni maddələr əlavə olunub.

Hazırda dünyanın bütün inkişaf etmiş ölkələri ISO 9001 beynəlxalq standartını tanıyır və müəssisə və təşkilatlarda mövcud olan keyfiyyət sistemlərini təkmilləşdirmək üçün ondan istifadə edir.

ISO 9001standartının tətbiqinin faydaları

  • idarəetmənin səmərəli təşkili;
  • işçilərin peşəkarliğinin yüksəlməsi;
  • istehsalin və xidmətin səmərəli təşkili və məhsuldarliğin artirilmasi;
  • proseslərə düzgün nəzarət;
  • keyfiyyətin yüksəldilməsi;
  • xərclərin azaldilmasi;
  • sənədləşmənin düzgün aparilmasi;
  • daimi təkmilləşmə sisteminin formalaşmasi;
  • riskin azaldilmasi və stabilliyin yaranmasi;
  • səlahiyyətlərin düzgün bölgüsü və qarşiliqli əlaqə sisteminin qurulmasi;
  • resurslarin səmərəli istifadəsi;
  • müştəri məmnunluğunun artmasi;
  • bazarin dəyişikliklərinə çevik uyğunlaşma imkani;
  • tərəfdaşlar və investorlar qarşisinda inamin yaranmasi və tenderlərdə uğurlu iştirak;
  • satişin və gəlirlərin artmasi;
  • ixrac imkanlarinin artmasi;
  • bazarlara rəqabətqabiliyyətli məhsul və xidmətlərin çixarilmasi;
  • marketinq siyasətinin düzgün təşkili;
  • qanunvericiliyin tələblərinin yerinə yetirilməsi.

Tərəfdaşlar