ISO/IEC 17025:2017
beynəlxalq standartı
Laboratoriyaların akkreditasiyası müxtəlif laboratoriyaların həyata keçirdiyi məlum sınaq/analiz və/və ya kalibrləmə işlərinin müvafiq səviyyədə yerinə yetirilməsinin səlahiyyətli orqan tərəfindən təsdiqlənməsi üzrə fəaliyyətdir.
Laboratoriyaların keçirdiyi məlum sınaq və analiz nəticələrinin milli və beynəlxalq səviyyədə qəbul edilə bilməsi üçün həmin laboratoriyalar beynəlxalq akkreditasiya təşkilatları tərəfindən akkreditasiya edilməlidir.
Akkreditasiyanı həyata keçirən qurumun Avropa Birliyində tanınması üçün həmin qurum Avropa Akkreditasiya Birliyinə (EA) üzv olmalıdır. Laboratoriyalar EA-ya üzv hər hansı bir ölkənin akkreditasiya qurumundan akkreditasiya sertifikatı ala bilərlər.
Laboratoriyaların akkreditasiya üzrə beynəlxalq standart ISO/IEC 17025-dir. Laboratoriyalar bu standartın tələblərini yerinə yetirdikdən sonra beynəlxalq səviyyədə tanınmış bir akkreditasiya təşkilatına müraciət etməklə akkreditasiya oluna bilərlər.
ISO/IEC 17025 standartı metroloji təşkilatların spesifik xüsusiyyətləri nəzərə alınmaqla, ISO 9001 keyfiyyəti idarəetmə modeli əsasında işlənilmişdir. ISO/IEC 17025 –in tələblərinin yerinə yetirilməsi həmçinin ISO 9001 standartına uyğunluğu göstərir.
2017 - ci ildə ISO 17025 ctandartının yeni versiyası nəşr edilib. Yeni versiyada tətbiq sahəsinə yenidən baxılıb. Bura sınaq, kalibrləmə və nümunənin götürülməsi daxil edilib, eyni zamanda standartı ISO 9001 (keyfiyyəti idarəetmə), ISO 15189 (tibbi laboratoriyaların keyfiyyəti) və ISO/IEC 17021-1-ə (audit və sertifikatlaşdırma orqanları üçün tələblər) uyğunlaşdırmaq məqsədilə kompleks yanaşma tətbiq olunub.

Yeni versiyada kompyuter sistemlərindən, elektron qeydlərdən istifadə, elektron nəticələrin və hesabatların hazırlanması da daxil olmaqlainformasiya texnologiyalarına xüsusi diqqə yetirilib. Bundan başqa standartda risk -əsaslı düşüncə” anlayışından istifadə olunub. Risk əsaslı düşüncə məsələn, potensial uyğunsuzluqların aradan qaldırılmasına yönəlik qabaqlayıcı fəaliyyətlərin yerinə yetirilməsi, yaranmış hər hansı bir uğunsuzluğun təhlil edilməsi və uyğunsuzluğun təsirinə müvafiq olaraq onun təkrarlanmasının qarşısını almaq üzrə fəaliyyətlərin yerinə yetirilməsini nəzərdə tutur.
ISO/IEC 17025 standartı sınaq və kalibrləmə fəaliyyətlərini yerinə yetirən bütün laboratoriyalarda tətbiq edilə bilər
ISO/IEC 17025 standartının tətbiqinin faydaları
- spesifik sınaq sahələrində təsdiq edilmiş səlahiyyətlərə malik laboratoriya olaraq rəsmən tanınması;
- akreditasiya edilmiş laboratoriyaların sınaq nəticələrinin daxili və beynəlxalq bazarlarda tanınması;
- müştərilərin etimadının qazanılması;
- sınaq və kalibrləmə işlərinin keyfiyyət səviyyəsinin artması,
- personalın texniki səviyyəsinin artması;
- cihaz və avadanlıqlara texniki xidmət göstərilməsi və onlara davamlı olaraq nəzarət edilməsi;
- personalın səlahiyyət və məsuliyyətlərinin dəqiq müəyyən edilməsi.