-
AZS ISO 14001:2021(az) dövlət standartı təsdiq edilib
Ətraf mühiti idarəetmənin effektivliyinin artırılması və ətraf mühitə olan mənfi təsirlərin azıldılması və ona nəzarət imkanlarının gücləndirilməsi məqsədilə AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.
Read more -
ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda təlim keçirilib
23-24 iyun 2021-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda növbəti təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, INCERT və CLIMASERVICE şirkətlərinin əməkdaşları iştirak edib.
Read more -
Üzvlərimiz ISO 9001:2015 beynəlxalq standartında qeyd edilən riskləri müzakirə etdi
Hər bir müəssisə üçün risk və imkanların müəyyən edilməsi və nəzərə alınması, keyfiyyəti idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrə nail olunması və mənfi təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Read more -
ISO 9001:2015. Daxili auditin keçirilməsi (ISO 19011 əsasında) mövzusunda növbəti təlimimiz keçirilib
16-17 iyun 2021-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən növbəti təlim keçirilib. Təlimdə “AzRose” MMC, “Fominov Consulting” MMC, “INKOR” MMC və “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşları iştirak edib.
Read more -
“Azərbaycan Standartlaşdırma İnstitutu” və “Keyfiyyət Assosiasiyası” arasında anlaşma memorandumu imzalanmışdır
Memorandum Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktorunun müavini - baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov və Keyfiyyət Assosiasiyası sədri Samir Novruzlu tərəfindən imzalanmışdır.
Read more -
9 iyun - Beynəlxalq Akkreditasiya Günüdür
Beynəlxalq Akkreditasiya günü Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq (İLAC) təşkilatlarının adı ilə bağlıdır. 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində İLAC və İAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin 9 iyununun Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınıb. kimi qeyd olunması qərara alınıb.
Read more -
7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Qida təhlükəsizliyi dedikdə təyinatı üzrə hazırlanmış və qida kimi istifadə edilmiş yeyinti məhsullarının istehlakçıya zərər yetirməməsi başa düşülür. Əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi həmçinin insan və heyvan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində önəmli rol oynayır.
Read more -
Assosiasiya üzvləri ISO 9001:2015 standartının bəzi maddələrini müzakirə etdi
ISO 9001:2015 standartını tətbiq etmiş müəssisələr üçün keyfiyyəti idarəetmə sisteminin performansının təhlil edilməsi və qiymətləndirilməsi qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi, siyasət və məqsədlərin reallaşdırılması, bütövlükdə müəssisənin fəaliyyətinin yaxşılaşdırılması və effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Read more -
“Modenis” MMC-də beynəlxalq standartların tətbiqi çərçivəsində daxili audit təlimi keçirilib.
5-7 may 2021-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Modenis” MMC-də ISO 9001:2015 beynəlxalq standartının 9.2 maddəsinin tələblərinə müvafiq daxili audit təlimi keçirilib. Təlimdə şirkətin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.
Read more -
ISO 9001:2015 standartı üzrə təlim keçirilib
3-4 may 2021-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015 standartı üzrə növbəti təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Kənd Kəsərrüfatı Nazirliyinin, “Aqrar tədarük və təchizat” ASC-nin, “İnfracon” MMC-nın və “GM” Construction şirkətlərinin əməkdaşları iştirak edib.
Read more