MƏSLƏHƏT

ISO 45001

Dünyada hər gün iş qəzalarından və ya peşə xəstəliklərindən minlərlə insan vəfat edir, on minlərlə insan şikəst olur.

Həm işəgötürənlər, həm də bütövlükdə iqtisadiyyat üçün peşə yaralanmaları və xəstəliklər ciddi problemlər yaradır ki, bu da erkən pensiyaya çıxma, və sığorta haqlarının yüksəldilməsinə gətirib çıxaran itkilərə səbəb olur.

Bu problemlərin həllinə kömək etmək, işçilərin təhlükəsizliyini yaxşılaşdırmaq, iş yerlərindəki riskləri azaltmaq və təhlükəsiz iş şəraiti yaratmaq məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 45001 standartı işlənib. ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri – Tələblər və tətbiq üzrə rəhbərlik” beynəlxalq standartı əvvəlki OHSAS 18001 standartının bazası əsasında hazırlanıb və onun işlənilməsi zamanı Beynəlxalq Əmək Təşkilatının standartlarının və müxtəlif milli standartların tələbləri nəzərə alınıb.

ISO 45001:2018 təşkilatlarda təhlükəsizliyin təmin edilməsi, iş yerlərində risklərin azaldılması üçün bir çərçivə müəyyən edir, eyni zamanda işçilərin perormanslarının artırılmasına imkan yaradır.

ISO 45001:2018 beynəlxalq standartı tərkib baxımından demək olar ki, tamamilə BS OHSAS 18001: 2007-ni təkrarlayır. Lakin bununla yanaşı ISO 45001 standartını OHSAS 18001-dən fərqləndirən cəhətlər vardır.

ISO 45001:2018 beynəlxalq standartı digər standartlarla inteqrasiya oluna, həmçinin bütün istehsal və xidmət sahələrində tətbiq edilə bilər.

ISO 45001:2018 beynəlxalq standartına uyğun idarəetmə sisteminin qurulması təşkilatlara aşağıdakı faydaları təmin edir, ilk növbədə:

  • iş yerində qəza hallarının sayı azalır;
  • peşə yaralanmaları və xəstəliklərlə bağlı sığorta ödəmələri azalır;
  • enerji və resurslara qənaət olunur, bununla bağlı xərclər azalır;
  • boş dayanma hallarının sayı azalır;
  • təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq imkanı yaranır;
  • resurslardan daha effektiv istifadə nəticəsində təşkilatın gəlirləri artır.
  • müştərilər və sifarişçilər tərəfindən təşkilata olan inam və etibar artır;
  • xarici bazarlara giriş imkanları artır.

ISO 45001:2018 standartının tələblərinə uyğun olaraq keyfiyyəti idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 45001:2018 beynəlxalq standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 45001:2018 beynəlxalq standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Partners