ÜMUMİ MƏLUMAT
İdarəetmə sistemi standartlarının tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi Assosiasiyamızın əsas fəaliyyət istiqamətlərindən biridir. Təşkilatımız təsis olunduğu gündən bu günə kimi keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, peşə sağlamlığı və təhlükəsizliyi və s. üzrə onlarla məsləhət layihəsini həyata keçirmişdir.
“Keyfiyyət Assosiasiyası” təsis olunduğu gündən etibarən müxtəlif sektorları təmsil edən yerli müəssisə və təşkilatlara beynəlxalq idarəetmə standartları üzrə məsləhət xidmətləri göstərir. Bu illər ərzində Assosiasiya bazarın tələbinə uyğun olaraq məsləhət layihələri həyata keçirdiyi beynəlxalq standartların sayını artırmış, müəssiələrdə qeyd edilən beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyəti üçün onlara yardım etmişdir.
Biz öz ətrafımızda peşəkarları cəmləyərək, üzərimizə götürdüyümüz məsləhət layihələrini vaxtlı-vaxtında, əlavə xərclərə səbəb olmadan, öz dilimizdə, ehtiyac yarandıqda isə xarici mütəxəssisləri də cəlb etməklə həyata keçiririk. Biz hər bir sektorda bazarın lideri olan təşkilatların beynəlxalq standartlarla bağlı məsələlərdə çözüm ortağı olmağı qarşımıza hədəf qoymuş və bir çox sektorda buna nail ola bilmişik.
Biz məsləhət xidmətlərini azərbaycanca göstərir və tətbiq olunacaq standartlar və onların tələblərinin xidmət göstərdiyimiz müəssisə və təşkilatların işçi heyəti tərəfindən daha yaxşı başa düşülməsi üçün standartların azərbaycanca tərcümələrini təqdim edir və digər zəruri resurslarla təmin edirik.
Assosiasiya beynəlxalq standartları tətbiq etmək istəyən, ancaq müəyyən maliyyə problemi yaşayan müəssisə və təşkilatlara, onların göstəriləcək məsləhət xidmətinin beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilməsini təmin etmək yolu ilə dəstək verir.
-
Peşəkar məsləhətçilər
-
12 ildən artıq təcrübə
-
100-dən artıq məsləhət layihəsi
-
Aparıcı şirkətlərə xidmət
-
Xarici mütəxəssislərin cəlbi
-
Azərbaycan dilində xidmət
-
Maliyyə dəstəyi
-
Azərbaycan dilində standartlar/materiallar
Axış sxemi

Assosiasiyanın xidmət göstərdiyi sektorlar və beynəlxalq
standartların siyahısı aşağıda verilmişdir.
Sectors
STANDARTLAR
-
ISO 9001:2015
ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri – Tələblər
Daha ətraflı -
ISO 14001:2015
ISO 14001:2015 Ətraf mühiti idarəetmə sistemləri – Tələblər və tətbiq üzrə rəhbərlik
Daha ətraflı -
ISO 22000:2018
ISO 22000:2018 Qida təhlükəsizliyinin idarəetmə sistemləri – Qida zəncirində iştirak edən təşkilatlara tələblər
Daha ətraflı -
ISO 45001:2018
ISO 45001:2018 Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin qiymətləndirilməsi seriyaları
Daha ətraflı