EN 15224:2017

EN 15224:2017 Keyfiyyəti idarəetmə sistemləri. Səhiyyə üçün EN ISO 9001:2015

EN 15224:2017 standartı nədir? EN 15224:2017 səhiyyə sahəsi üçün xüsusi olaraq işlənmiş beynəlxalq standartdır. Standartın tələbləri ISO 9001:2015-ə əsaslanır. Standartda səhiyyə xidmətləri üçün on bir keyfiyyət xarakteristikası müəyyənləşdirilib və kliniki risklərin idarə edilməsinin bütün proseslər üçün nəzərdə tutulduğu (planlaşdırma, xidmətin göstərilməsi, keyfiyyətə nəzarət) qeyd olunur.

Səhiyyə təşkilatlarına və onların idarəetmə sistemlərinə ümumi tələblərdən başqa standartda xüsusi tələblər də var. Bura pasiyentlərin təhlükəsizliyinə və proseslərin planlaşdırılması və tətbiqi zamanı kliniki risklərin idarə edilməsinə dair konkret tələblər daxil edilib. Standartda pasientlərə tibbi qulluğun göstərilməsi və klininki risklərin idarə edilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Standartda tibbi qulluğun göstərilməsi üçün 11 keyfiyyət göstəricisi müəyyən edilib. Bunlara:

  • düzgün və adekvat tibbi qulluğun göstərilməsi;
  • onu əldə etmə imkanları;
  • tibbi qulluğun yararlılığı;
  • qulluğun fasiləsizliyi;
  • effektivlik;
  • səmərəlilik;
  • biliklərə əsaslanan tibbi qulluğun göstərilməsi;
  • pasientlərə yönəlik tibbi qulluğun göstərilməsi (fiziki və psixoloji yadım da daxil olmaqla);
  • pasientlərin cəlb edilməsi;
  • pasientlərin təhlükəsizliyi;
  • tibbi qulluğun vaxtında göstərilməsi və onun əlçatanlığının təmin edilməsi daxildir.

EN 15224:2017 standartına görə hər bir proses yuxarıda qeyd olunan keyfiyyət göstəricilərin yönəlməlidir.

EN 15224:2017 standartı nə üçün lazımdır?

EN 15224:2017 standartı səhiyyə müəssisələrində kliniki prosesləri və mümkün riskləri effektiv idarə etməklə göstərilən xidmətlərin keyfiyyətini təmin etmək üçün lazımdır.

EN 15224:2017 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

EN 15224:2017 standartının tətbiqi:

  • səhiyyə xidmətlərinə nəzarətin artması və risklərin effektiv idarə edilməsi;
  • səhiyyə xidmətlərinin əlçatan olması və bu xidmətlərin keyfiyyətinin artması;
  • pasientlərə düzgün və adekvat yardımın göstərilməsi;
  • sənədləşdirilmənin düzgün aparılması;
  • proses xətalarının azalması;
  • xərclərin azalması;
  • ISO 9001, ISO 14001, ISO27001 standartları ilə inteqrasiya olunma imkanı kimi fayda və üstünlükləri təmin edir.

EN 15224:2017 standartının tətbiqi tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda EN 15224:2017 standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini EN 15224:2017 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. DIN EN 15224:2017 standartının tələblərinə uyğun olaraq KİS-in tətbiqi üzrə fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə EN 15224:2017 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. EN 15224:2017 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və KİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi;
Mərhələ 4. Daxili auditorlara EN 15224:2017 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda EN 15224:2017 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. KİS-in təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

DIN EN 15224:2017 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. KİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. KİS -in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. KİS -in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq KİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və KİS -in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Partners