Təlimlər

ISO 45001:2018. Yerli qanunvericilik: "Əmək məcəlləsi"

ISO 45001:2018 beynəlxalq standartında yer alan əsas tələblərdən biri də yerli qanunvericiliyin tələblərinin ödənilməsilə bağlıdır. Adı çəkilən standartın başda 6.1.3 maddəsi olmaqla, bir neçə maddəsində yerli qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə olan tələblər yer alır.

Bu tələblər müəssisə tərəfindən yerinə yetirilməsi işçi heyətinin sağlamlığı və təhlükəsiz iş şəraitini təmin edir. Peşə sağlamlığı və təhlükəsizliyi sahəsində yerli qanunvericiliyin tələbləri bir sıra sənədlərdə öz əksini tapmışdır ki, onlardan biri də Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Bu təlimdə siz peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi ilə bağlı əmək qanunvericiliyində yer alan bütün tələblərlə tanış olacaqsınız.

Image description
Verify your certificate









100

Təlimin məqsədi:
İştirakçıları peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi ilə bağlı yerli əmək qanunvericiliyinin tələbləri haqqında məlumatlandırmaq. (AR ƏM m. 215 və 219)

Təlimin müddəti:
1 gün / 6 saat

İştirakçılar:

  • İşəgötürən;
  • Mühəndis Texniki Heyət;
  • Əməyin mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər;
  • İR üzrə mütəxəssislər;
  • Əməyin mühafizəsi üzrə mütəxəssislər;
  • bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs

Təlimin faydaları:

İştirakçılara AR Əməyin mühafizəsi norma və qaydalarını, Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi qaydalar, təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək.

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

1. PSTİS-nə dair ümumi məlumat;
2. Əmək hüququnun əsas müddəaları;
3. Əməyin mühafizəsinin hüquqi əsasları;
4. AR Əmək Məcəlləsi müvafiq maddələri;
5. Əməyin mühafizəsi üzrə normativ və standartlar barədə məlumat;
6. Müəssisədə əməyin mühafizəsinə dair işin təşkil edilməsi;
7. Təhlükəli və zərərli istehsalat amilləri və onlardan müdafiə tədbirləri;
8. İstehsalatada bədbəxt hadisələrin və peşə xəstəliyinin rəsmiləşdirilməsi və qeydiyyat qaydaları dair qısa məlumat.

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Partners