Təlimlər

ISO 9001:2015. Daxili auditin keçirilməsi təlimi (ISO 19011:2018 əsasında)

ISO 9001 standartı tətbiq etmək, habelə adı çəkilən standart üzrə sertifikatlaşdırılmaq istəyən müəssisə və təşkilatlardan öz idarəetmə sistemlərində daxili auidtin keçirilməsi tələb edilir. Daxili auditin keçirilməsi mövcud sisteminin nə qədər effektiv fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, daimi yaxşılaşdırma aləti kimi də səmərəli bir alətdir. Daxili auditin keçirilməsi ISO 9001 standartında müəssisədə/təşkilatda audit fəaliyyətini həyata keçirən şəxslərin səriştəli işçilər olması tələb edilir.

Məhz bu təlimi qatılmaqla siz müəssisədə/təşkilatda daxili auditin necə keçirilməsilə bağlı praktiki bilik və bacarıqlara yiyələnəcəksiniz. Adı çəkilən təlim ISO 19011:2018. İdarəetmə sistemlərində auditin keçirilməsi. beynəlxalq standartı əsas götürülməklə təşkil edilir.

Image description
Verify your certificate









300

Təlimin məqsədi:

İştirakçıları ISO 19011 beynəlxalq standartı, daxili auditin planlaşdırılması, uyğunsuzluğun aşkar edilməsi (sübutların toplanması), daxili audit sənədləşdirilməsinin təşkili və daxili auditindən sonra həyata keçirilən tədbirlər haqqında məlumatlandırmaq.

Təlimin müddəti:
2 gün / 14 saat İştirakçılar:

  • KİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 19011:2018 standartı haqqında ümumi məlumat əldə etmək
  • Daxili auditin keçirilməsi texnika və metodikalarını öyrənmək
  • Daxili audit prosesinin sənədləşdirilməsini bilmək

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • ISO 9001:2015 beynəlxalq standartı (azərbaycancanca)
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar, şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

ISO 19011 standartı barədə ümumi məlumat

  • Tapşırıq 1
  • Anlayışlar və təriflər
  • ISO 19011:2018 standartının əsas prinsipləri

ISO 19011:2018. “İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici göstərişlər”

  • Audit meyarı (İSO 9001 standartının tərkibi barədə ümumi məlumat)
  • Auditlərin təsnifatı
  • Auditin təyinatı və məqsədləri

Auditlə bağlı sənədlər

  • Audit proqramı
  • Audit proqramının idarə edilməsi
  • Auditlərin planlaşdırılması və Audit proqramı üzrə resurslar
  • Audit proqramı üzrə qeydlər
  • Audit proqramının monitorinqi və təhlili
  • Tapşırıq 2

ISO 19011 Auditora qoyulan tələblər

  • Audit üçün zəruri olan şəxsi keyfiyyətlər
  • Auditorun fəaliyyətinə mənfi təsir edən cəhətlər
  • Auditorun iş texnikası və metodları

ISO 19011 Yerlərdə auditin aparılmasına hazırlıq

  • Audit meyarlarının mənbələri
  • Auditin aparılması planı
  • Sənədlərin təhlil edilməsi
  • Tapşırıq 3

ISO 19011 Yoxlama vərəqələri

  • Yerlərdə auditin aparılmasına hazırlıq
  • Yoxlama-sorğu vərəqəsinin hazırlanması
  • Tapşırıq 4

ISO 9001:2015. Açılış toplantısı və auditin keçirilməsi

  • Açılış toplantısının giriş verilənləri
  • Sənədlərin təhlil edilməsi
  • Yerlərdə auditin aparılmasına hazırlıq
  • Məlumatların toplanılması və yoxlanılması
  • Tapşırıq 5

ISO 19011 Audit müşahidələrinin formalaşdırılması

  • Uyğunsuzluqların dərəcələnməsi
  • Uyğunsuzluğun idarə edilməsi
  • Proses auditlərinin xüsusiyyətləri

ISO 19011 Yekun rəyin hazırlanması

  • Uyğunsuzluq hesabatlarının hazırlanması
  • Tapşırıq 6

ISO 19011 Qapanış toplantısı

  • Hesabatın hazırlanması
  • Auditin başa çatması

İmtahan

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO 9001:2015. Daxili auditin keçirilməsi təlimi (ISO 19011:2018 əsasında)

Registration

Bakı

Azərbaycanca

300

ISO 9001:2015. Daxili auditin keçirilməsi təlimi (ISO 19011:2018 əsasında)

Registration

Bakı

Azərbaycanca

300

Partners