Keyfiyyət və menecment
jurnalı
Bizim nəşrlərimiz keyfiyyət və idarəetmənin ən müxtəlif tərəflərini işıqlandırmaqla,
müəssisə və təşkilatlarda idarəetmənin səmərəliliyinin yüksəldilməsi, idarəetmə sistemlərinin
qurulması və təkmilləşdirilməsi işində menecerlər, mütəxəssislər, həmçinin rəhbərlər
üçün dəyərli nəzəri və praktiki vаsitə оlа bilər.
“Keyfiyyət və Menecment” jurnalı respublikamızda keyfiyyət və idarəetməyə dair ilk elmi-texniki və iqtisadi mətbu orqan kimi 2007-ci ilin iyul ayından nəşr edilir.
“Keyfiyyət və Menecment” jurnalının əsas məqsədi Azərbaycanda məhsul və xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması sahəsində marifçilik işlərinin aparılmasına kömək etmək, keyfiyyət və idarəetmə üzrə əsas bilikləri, müasir metodları, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və təbliğ etməklə cəmiyyətdə keyfiyyət şüurunun formalaşmalasına föhfə verməkdir.
Jurnalda əsasən keyfiyyət, idarəetmə, milli, regional və beynəlxalq standartlara, eyni zamanda standartlaşdırma, sertifikatlaşdırma, metrologiya ilə bağlı məlumatlara, analitik xarakterli yazılara geniş yer ayrılır.
Bununla yanaşı jurnalda keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssislərin, keyfiyyət və idarəetmənin nəzəri və praktiki aspektlərini araşdıran alimlərin gənc tədqiqatçıların elmi məqalələrinə də ayrıca yer verilir.
Jurnal yalnız mətbu orqanı kimi fəaliyyət göstərmir, kollektiv aparıcı alimlər və mütəxəssislərin yaxından iştirakı ilə keyfiyyət və idarəetməyə dair müxtəlif seminar və konfransların təlim-tədris proqramlarının həyata keçirilməsi istiqamətində ölkəmizin və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.
Jurnalda mütəmadi olaraq biznes sahəsində uğur qazanmış, beynəlxalq standartları tətbiq edən yerli və xarici şirkətlər barədə məlumatlara, icmallara, eləcə də reklam xarakterli materiallara da yer ayrılır.
“Keyfiyyət və Menecment” jurnalının ildə dörd sayı nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanılır və daha sonra rəy üçün müvafiq mütəxəssislərə göndərilir.