Diaqnostik audit
Assosiasiyanın göstərdiyi xidmətlərdən birini də diaqnostik auditin keçirilməsi təşkil edir. Diaqnostik audit zamanı müəssisə və təşkilatların fəaliyyətinin və idarəetmə sisteminin beynəlxalq standartın və qüvvədə
olan qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilib-edilmədiyini müəyyən etmək üçün ilkin qiymətləndirmə keçirilir.
Diaqnostik audit zamanı mütəxəssislərimiz müəssisənin güclü və zəif cəhətləri barədə məlumat əldə edərək onun fəaliyyətinin yaxşılaşdırılması üzrə müvafiq tədbirləri işləyib hazırlamağa və tətbiq etməyə kömək edir.
Diaqnostik audit məsləhət auditinə başlanılmazdan əvvəl aparılır. Diaqnostik audit zamanı aşağıdakı fəaliyyətlər həyata keçirilir:
1. Auditin keçirilmə vaxtının və auditorun/auditorların təyin edilməsi;
2. Diaqnostik auditin keçirilməsi;
3. Diaqnostik audit üzrə hesabatın hazırlanması;
4. Diaqnostik auditin nəticələri əsasında keyfiyyəti idarəetmə sisteminin tətbiqi qrafikinin işlənib hazırlanması.
Yekunda mütəxəssislərimiz tərəfindən diaqnostik auditin nəticəsi olaraq hesabat hazırlanır. Bu hesabata müəssisənin fəaliyyətinin beynəlxalq standartların və qüvvədə olan qanunvericiliyin tələblərə uyğunluğunun ümumi qiymətləndirilməsi, aşkar edilmiş uyğunsuzluqların siyahısı və tövsiyə olunan düzəldici tədbirlər daxil edilir.




