Audit

Təchizatçıların auditi

Təchizatçıların qiymətləndirilməsi və ya ikinci tərəfin auditi təşkilatın öz təchizatçılarının və ya potensial təchizatçıların fəaliyyətinin, təqdim etdiyi məhsul və xidmətlərin, idarəetmə sisteminin qanunvericiliyinin və beynəlxalq standartın tələblərinə uyğunluğunu obyektiv şəkildə qiymətləndirilməsidir.

Təchizatçıların qiymətləndirilməsi:

  • təchizatçıların fəaliyyətini yerində araşdırmağa;
  • onların proseslərini təhlil etməyə;
  • təchizatçıların tətbiq etdikləri sistemin vəziyyətini, zəif və güclü tərəflərini
    üzə çıxarmağa;
  • düzəldici fəaliyyətləri müəyyən etməyə imkan verir.

Təchizatçıların qiymətləndirilməsinin nəticəsi olaraq hesabat hazırlanır. Bu hesabata:

  • aşkar olunmuş uyğunsuzluqların siyahısı;
  • tövsiyə olunan düzəldici fəaliyyətlər;
  • təchizatçının risklərinin qiymətləndirilməsi üzrə nəticələr daxil edilir.

Image description

Partners