Müştərinin keyfiyyətə baxışı və ona təsir edən amillər

Müştərilər keyfiyyəti necə müəyyənləşdirirlər?

Keyfiyyətə baxışın dəyişimi

Keyfiyyət anlayışı hər zaman üçün eyni formada qalmaya bilər. Buna baş verən siyasi, iqtisadi və texnoloji dəyişikliklər çox böyük təsir göstərir. Müştəri hər zaman, bir məhsul və ya xidmətdən nə qədər fayda götürəcəyi ilə maraqlanır. Bu tələb isə hər zaman eyni cür səslənməyə bilər. Məsələn illər əvvəl hər hansı bir sektorda müştəri üçün önəmli olmayan bir şey illər keçdikcə çoxlarının üstünlük verdiyi bir amilə çevrilə bilər.

Buna misal kimi ABŞ avtomobil sektorunda 10 illik bir müddət ərzində istehlakçıların prioritet olaraq gördükləri məsələlərin 1970-ci ildə stildən, 1975-ci ildə yanacaq qənaətinə, 1980-ci ildə isə dizayn və performansa çevrildiyini göstərmək olar. Aşağıdakı cədvəldə istehlakçıların istəklərindəki (zövqlərindəki) dəyişikliklər verilib.

https://lh4.googleusercontent.com/CmVj58oe3YTn7bewMqeGcKUoexLsuUqxa0mjfLD9H5Wkb3RdosRkw-_Qy1hQLBmDlyb7110FDl-q4B1Wq4gGA2sI7tlLM9pQxzEJ07XL9jW-q9M-iKQmj-_pJX9d1GW8rDnqTQyE=s0

Qeyd: Araşdırma SRI International tərəfindən aparılmışdır.

Cədvəldə istehlakçıların daha önəmli hesab etdikləri məsələlər 10 illik bir müddət ərzində ardıcıl olaraq verilmişdir. Məsələn, 1975-ci ildə istehlakçının bir avtomobil alarkən ən çox önəm verdiyi məsələ yanacağa qənaət ikən, 1980-ci ildə bu di̇zayn və performans olmuşdur.

Amerikada aparılmış bir başqa araşdırma insanların 10 illik bir müddət ərzində gələcəklə barədə fikirlərini öyrənib. Sorğunun nəticəsinə görə insanlar bir sonrakı ilin daha pis olacağı fikrinə daha çox inanırlar. Bu da öz növbəsində insanların alış prossesinə öz təsirini göstərmişdir. Bu müddət ərzində daha çox ekoloji cəhətdən təmiz, dayanıqlı və uzunömürlü məhsullara daha çox önəm verildiyi məlum olmuşdur. İstehlakçılar bu zaman əsasən “Daha az alırıqsa, daha yaxşısını alaq” düşüncəsi ilə öz alışlarını həyata keçirirlər.

Şirkətlər də öz növbəsində istehlakçıların keyfiyyətə olan bu yanaşmasını diqqətlə təhlil etməlidirlər. Məhsul və xidmətlər o zaman şirkətə daha üstün fayda gətirər ki, həmin məhsul alıcı perspektivindən də keyfiyyətli ola bilsin.


Satınalma prosesində keyfiyyət göstəricilərinə baxış

Bəzən şirkətlər müştərilərin onların məhsul və xidmətləri ilə bağlı fikirlərinə, həmin məhsul və xidmətlərinin keyfiyyətindən daha çox diqqət ayırırlar. Aşağıdakı cədvəldə bir müştərinin alış prossesi zamanı keyfiyyət anlayışına təsir edən əsas amillər verilmişdir.

https://lh3.googleusercontent.com/MUJq47KMF3KS5b1XQMUn4QfBO3BxWalL4B_jpm9H5HvJntqS47wGxynlC6XbctYFniMbQkX5ednbFBYNYmsOqsaJSCtHse8bmJpt92pXJU7JRXUQ3znaDIRi4j1D1uPZqQ23Q8Lx=s0

Ənənəvi satınalma prosesinə nəzər yetirsək, müştəri başlanğıcda brend dəyərinə önəm verdiyi halda alış zamanı daha çox məhsulun xüsusiyyətlərinə, alış sonrası isə performansa diqqət yetirir. Əgər bu mərhələlərdə müştəri gözləntilərinin üzərində fayda əldə etsə, şübhəsiz ki, o təkrar alış edəcəkdir.


Müştərilərin keyfiyyətə dair baxışlarını daha yaxşı başa düşmək üçün şirkətlər nə etməlidir?

İstehsal etdiyiniz məhsulun performansı, keyfiyyəti və qiyməti müştəriniz üçün nə qədər önəmli olduğunu bilmək vacib məsələdir. Bunu öyrənmək üçün isə fərqli marketinq araşdırmalarından istifadə edə bilərsiniz. Sorğular, anketlər və ya araşdırmalardan istifadə edərək müştərilərinizin məhsulunuz barədə fikirlərini və hərəkətlərini öyrənə bilərsiniz.

Müştərinin fikrində müsbət bir keyfiyyət anlayışı yaratmanın bir digər yolu müştəri yönümlü bir hədəf yaratmaq və bu hədəfi bütün şirkət işçilərinə aşılamaqdır. Müştərilərinizin real ehtiyaclarını anlamaq üçün şirkətinizi doğru bir şəkildə bir araya gətirməlisiniz.

Dəqiqliklə tətbiq olunmuş keyfiyyəti idarəetmə sistemi düzgün müştəri əlaqələrinin qurulmasında əsas rol oynayır və müəssisədaxili iş prossesinin daha səmərəli olmasına təkan verir.

Partners