Lüğət

Keyfiyyəti idarəetmə

Əlifba sırası ilə verilmiş hərflərin üzərinə basmaqla keyfiyyəti
idarəetmə ilə bağlı termin və təriflərlə tanış ola bilərsiniz:

assosiasiya (association)
üzvləri şəxs və ya təşkilatlardan ibarət olan təşkilat

audit (audit)
audit meyarlarının yerinə yetirilmə dərəcəsini müəyyən etmək məqsədilə audit dəlillərinin əldə edilməsi və obyektiv qiymətləndirilməsi məqsədilə həyata keçirilən sistemli, müstəqil və sənədləşdirilmiş proses

audit proqramı (audit programme)
konkret müddət üçün planlaşdırılmış və konkret məqsədlərə nail olmağa yönəlik bir və ya bir neçə auditin məcmusu

audit sahəsi (audit scope)
auditin həcmi və sərhədləri

audit planı (audit plan)
auditin aparılması üzrə fəaliyyətlərin və tədbirlərin təsviri

audit meyarı (audit criteria)
obyektiv dəlillərlə müqayisə edilmək üçün istifadə olunan siyasət, prosedur və ya tələblərin məcmusu

audit dəlili (audit evidence)
qeydlər, faktların şərhi və ya audit meyarları ilə bağlı olan və yoxlanıla bilən digər məlumatlar

audit tapıntıları (audit findings)
audit meyarlarına aid toplanmış audit dəlillərinin qiymətləndirilməsinin nəticələri

audit nəticələri üzrə yekun rəy (audit conclusion)
auditin məqsədləri və bütün audit tapıntıları nəzərdən keçirildikdən sonra alınan audit nəticələri

audit sifarişçisi (audit client)
auditi sifariş etmiş təşkilat və ya şəxs

audit olunan (auditee)
audit edilən təşkilat

audit qrupu (audit team)
audit aparan və lazım olduqda texniki ekspertlər tərəfindən dəstəklənən bir və ya bir neçə şəxs

auditor (auditor)
audit aparan şəxs

texniki ekspert (technical expert)
Audit qrupuna xüsusi bilik və ya təcrübəsi ilə kömək edən şəxs

ali rəhbərlik (top management)
təşkilata rəhbərliyi və idarəetməni ən yuxarı səviyyədə həyata keçirən şəxs və ya şəxslərdən ibarət qrup

autsorsinqə vermə (outsource)
təşkilatın funksiya və ya proseslərinin bir hissəsinin kənar təşkilat tərəfindən yerinə yetirilməsi üzrə müqavilənin bağlanılması

birgə audit (joint audit)
iki və ya daha çox audit təşkilatı tərəfindən audit olunan bir təşkilatda aparılan audit

buraxılış (release)
bir prosesin növbəti mərhələsinə və ya növbəti prosesə keçidə icazə verilməsi

çıxış (output)
prosesin nəticəsi

çıxış (output)
prosesin nəticəsi

cəlb edilmə (engagement)
ümumi məqsədlərə nail olmaq üçün fəaliyyətə qoşulma və ona töhfə vermə

davamlı yaxşılaşdırma (continual improvement)
performansın yaxşılaşdırılmasına yönəlik təkrarlanan fəaliyyət

davamlı yaxşılaşdırma (continual improvement)
performansın yaxşılaşdırılmasına yönəlik təkrarlanan fəaliyyət

defekt (defect)
müəyyən edilən və ya nəzərdə tutulan istifadə ilə bağlı uyğunsuzluq

dərəcə (grade)
eyni funksional istifadəyə malik olan obyekt üçün müxtəlif tələblərə verilən kateqoriya və ya sinif

dərəcənin dəyişdirilməsi (regrade)
yğun olmayan məhsulun və ya xidmətin ilkin tələblərdən fərqli tələblərə uyğun olması üçün dərəcəsinin dəyişdirilməsi

düzəldici fəaliyyət (corrective action)
uyğunsuzluğun səbəblərinin aradan qaldırılması və onun təkrar baş verməsinin qarşısını almaq üçün həyata keçirilən fəaliyyət

düzəltmə (correction)
aşkar olunmuş uyğunsuzluğun aradan qaldırılması üçün həyata keçirilən fəaliyyət

effektivlik (effectiveness)
planlaşdırılmış fəaliyyətləri həyata keçirmə və planlaşdırılmış nəticələrə nail olma dərəcəsi

etibarlılıq (dependability)
lazım olduqda və lazımi şəkildə yerinə yetirmı bacarığı

əks əlaqə (feedback)
məhsul, xidmət və ya şikayətlərin idarə edilməsi prosesi ilə bağlı rəylər, şərhlər və maraqların ifadəsi

əmək şəraiti (work environment)
yerinə yetirilən fəaliyyət şərtlərinin məcmusu

əsas konfiqurasiya (configuration baseline)
müəyyən bir müddət üçün məhsul və ya xidmətin xarakteristikalarını müəyyən edən və məhsul və ya xidmətin bütün həyat dövrü ərzində fəaliyyətlər üçün istinad kimi istifadə edilən təsdiqlənmiş məhsulun konfiqurasiyası barədə informasiya

fəaliyyət (activity)
ayihədəki işin ən az eyniləşdirilmiş elementi

xarakteristika (characteristic)
bir şeyin fərqləndirici xüsusiyyəti

xidmət (service)
təşkilat ilə müştəri arasında qarşlılı əlaqə zamanı həyata keçirilən təşkilatın ən azı bir fəaliyyətinin çıxışı

innovasiya (innovation)
dəyər yaradan və ya dəyəri yenidən bölüşdürən, yeni və ya dəyişdirilmiş obyekt

infrastruktur (infrastructure)
təşkilatın faaliyyət göstərməsi üçün lazım olan bina, avadanlı və xidmətlər sistemi

informasiya (information)
əhəmiyyət kəsb edən verilənlər

informasiya sistemi (information system)
informasiya mübadiləsinin aparılması üçün təşkilatın istifadə etdiyi kanallar şəbəkəsi.

İrəliləyişin qiymətləndirilməsi (progress evaluation)
layihənin məqsədlərinə nail olunması üzrə irəliləyişin qiymətləndirilməsi

insan amili (human factor)
nəzərdə tutulan obyektə təsir edə bilən şəxsə xas olan xarakteristika

inspeksiya (inspection)
müəyyən edilmiş tələblərə uyğunluğu müəyyən etmə

izlənə bilmə (traceability)
obyektin tarixçəsini, tətbiqini və ya yerləşmə yerini izləmə imkanı

kənar tədarükçü (external provider), kənar təchizatçı (external supplier)
təşkilatın bir hissəsi olmayan tədarükçü

kompleks audit (combined audit)
audit olunan tərəfdə iki və daha çox idarəetmə sisteminin eyni vaxtda audit olunması

kompleks audit (combined audit)
audit olunan tərəfdə iki və daha çox idarəetmə sisteminin eyni vaxtda audit olunması

konfiqurasiya (configuration)
məhsulun konfiqurasiyası barədə informasiyada müəyyən olunmuş məhsul və ya xidmətlərin bir-biri ilə əlaqəli fiziki və funksional xarakteristikaları

konfiqurasiyanın statusu üzrə hesabatlılıq (configuration styatus accounting)
məhsulun konfiqurasiyası barədə informasiya, təklif edilən dəyişikliklərin statusu və təsdiq edilən dəyişikliklərin tətbiq statusu barədə müəyyən edilmiş formada olan qeydlər və hesabatlar

konkret hadisə (specific case)
keyfiyyət planının predmeti

konfiqurasiyanın idarə edilməsi (configuration management)
konfiquryasiyanın formalaşdırılmasına və idarə edilməsinə yönəlik əlaqələndirilmiş fəaliyyət

konfiqurasiya obyekti (configuration object)
axırıncı funksiyanın yerinə yetirilməsini təmin edən konfiqurasiyanın daxilindəki obyekt.

konfiqurasiya üzrə səlahiyyyət (configuration authority)
konfiqurasiyanın idarə edilməsi üzrə şura (configuration control board)
konfiqurasiyanın idarə edilməsi üzrə səlahiyyətlərin bölüşdürülməsi (dispositioning authority)
konfiqurasiyaya dair qərəarların qəbuluna cavabdehlik daşıyan, zəruri səlahiyyətlərə malik şəxs və ya şəxslər qrupu

keyfiyyəti idarəetmə (quality management)
keyfiyyətə aid olan idarəetmə

keyfiyyətin planlaşdırılması (quality planning)
keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsi və keyfiyyət sahəsində məqsədlərə nail olunması üçün zəruri əməliyyat proseslərinin , həmçinin müvafiq resursların müəyyən edilməsinə yönəlik keyfiyyəti idarəetmənin bir hissəsi

keyfiyyəti idaəetmə sistemi üzrə məsləhətçi (quality management system consultant)
keyfiyyəti idarəetmə sisteminin qurulması zamanı təşkilata formasiya və ya tövsiyə verməklə kömək edən şəxs

keyfiyyətin təmin edilməsi (quality assurance)
keyfiyyətə dair tələblərin yerinə yetiriləcəyinə əminliyi təmin etməyə yönəlik keyfiyyəti idarəetmənin bir hissəsi

keyfiyyətə nəzarət (quality control)
keyfiyyətə dair tələblərin yerinə yetirilməsinə yönəlik keyfiyyəti idarəetmənin bir hissəsi

keyfiyyətin yaxşılaşdırılması (quality improvement)
keyfiyyətə dair tələblərin yerinə yetirmə qabiliyyətinin artırılmasına yönəlik keyfiyyəti idarəetmənin bir hissəsi

keyfiyyəti idarəetmə sisteminin qurulması (quality management system realization)
keyfiyyəti idarəetmə sisteminin işlənilməsi, sənədləşdirilməsi, tətbiqi, fəaliyyətinin təmin edilməsi və davamlı yaxşılaşdırılması prosesi

keyfiyyəti idarəetmə sistemi (quality management system)
keyfiyyətə aid olan idarəetmə sisteminin bir hissəsi

keyfiyyət üzrə siyasət (quality policy)
keyfiyyətə aid olan siyasət

keyfiyyət (quality)
obyektə xas olan xarakteristikalar məcmusunun tələblərə uyğunluq dərəcəsidir.

keyfiyyətə olan tələblər (quality requirement)
keyfiyyətə aid olan tələblər

keyfiyyət üzrə məqsəd (quality objective)
keyfiyyətə aid olan məqsəd

keyfiyyət üzrə rəhbərlik (quality manual)
təşkilatın keyfiyyəti idarəetmə sistemi üçün spesifikasiya

keyfiyyət planı (quality plan)
konkret obyektlə bağlı hansı prosedurların və müvafiq resursların nə vaxt və kim tərəfində tətbiq olunacağını müəyyən edən spesifikasiya

keyfiyyət xarakteristikası (quality characteristic)
tələblərə aid obyektə xas olan xarakteristika

normativ tələblər (regulatory requirement)
qanunverici orqanın səlahiyyət verdiyi orqan tərəfindən müəyyən edilmiş məcburi tələblər

obyektiv dəlil (objective evidence)
hər hansı bir şeyin mövcud olmasını və ya doğruluğunu təsdiq edən verilənlər

ölçmələri idarəetmə sistemi (measurement management system)
ölçmə prosesinin idarə edilməsi və metroloji təsdiqləməyə nail olmaq üçün zəruri olan, biri-biri qarşılıqlı əlaqəli və bir-biri ilə qarşılıqlı təsirdə olan elementlərin məcmusu

ölçmə (measurement)
dəyəri müəyyən edən proses

ölçmə prosesi (measurement process)
dəyərin müəyyən edilməsi məqsədilə yerinə yetirilən əməliyyatların məcmusu

ölçmə avadanlığı (measuring equipment)
ölçmə prosesi üçün lazım olan ölçmə vasitələri, proqram vasitələri, etalonlar, məlumatlandırıcı material, köməkçi aparatlar və ya onların kombinasiyası

performans (performance)
ölçülə bilən nəticə

proses (process)
nəzərdə tutulan nəticələrin əldə edilməsi üçün çıxışlardan istifadə edən bir-biri ilə qarşılıqlı əlaqəli və (və ya) qarşılıqlı təsirli fəaliyyət növlərinin məcmusu

prosedur (procedure)
müəyyən edilmiş proses və fəaliyyətin həyata keçirilməsi üsulu

qabiliyyət (capability)
obyektin bir çıxışı həmin çıxıın tələblərinə uyğun olaraq əldə etmək bacarığı

qanunvericilik tələbləri (statutory requirement)
qanunverici orqan tərəfindən müəyyən olunmuş məcburi tələblər

qeyd (record)
nail olunan nəticələri və ya yerinə yetirilən fəaliyyətləri sübut edən sənəd

qabaqlayıcı fəaliyyət (preventive action)
potensial uyğunsuzluğun və ya digər potensial arzuolunmaz vəziyyətin səbəblərinin aradan qaldırılması üçün həyata keçirilən fəaliyyət

qoşulma (involvement)
hər hansı bir hadisə, vəziyyət və ya fəaliyyətdə iştirak etmə

layihənin idarə edilməsi (project management)
layihənin bütün aspektləri üzrə planlaşdırma, təşkil etmə, monitorinq, idarə etmə və hesabat vermə, həmçinin layihənin məqsədlərinə nail olmaq üçün cəlb edilmiş bütün şəxslərin həvəsləndirilməsi

layihələndirmə və işləmə (design and development)
obyektə dair tələbləri həmin obyekt üçün daha detallı tələblərə çevirən proseslərin məcmusu

layihənin idarə edilməsi planı (project management plan)
layihənin öz məqsdlərinə nail olması üçün hansı fəaliyyətlərin zəruri olduğunu müəyyən edən sənəd

layihə (project)
vaxt, xərc və resurslar da daxil olmaqla, konkret tələblərə uyğun olaraq məqsədə nail olmaq üçün həyata keçirilən, başlanğıc və son tarixi məlum olan, əlaqələndirilən və idarə edilən fəaliyyət növlərinin məcmusundan ibarət unikal proses

maraqlı tərəf (interested party)
fəaliyyətin həyata keçirilməsinə və ya qərarların qəbuluna təsir edə bilən şəxs və ya təşkilat

məhsulun konfiqurasiyası barədə informasiya (product configuration information)
məhsulun layihələndirilməsi, reallaşdırılması, verifikasiyası, əməliyyat və məhsula texniki xidmət göstərilməsi ilə bağlı tələblər və ya digər informasiya

məhsul (product)
təşkilat və istehlakçı arasında hər hansı qarşılıqlı əlaqə olmadan yarana bilən təşkilatın çıxışı

məqsəd (objective)
nail olunacaq nəticə

metroloji funksiya (metrological function)
ölçmələri idarəetmə sisteminin müəyyən edilməsi və tətbiqinə görə texniki və inzibati məsuliyyəti olan funksional vahid

metroloji təsdiqləmə (metrological confirmation)
ölçmə avadanlığının nəzərdə tutulan istifadəsinə dair tələblərə uyğunluğunun təsdiqlənməsi məqsədilə aparılan əməliyyatların məcmusu

metroloji xarakterisika (metrological characteristic)
ölçmə nəticələrinə təsir edə bilən xarakteristika

müəyyən etmə (determination)
bir və ya daha çox xarakteristikaların müəyyən edilməsi üzrə fəaliyyət və bu xarakteristikaların qiyməti

müştəri məmnuniyyəti (customer satisfaction)
müştəri tərəfindən onun tələblərinin yerinə yetirilmə dərəcəsinin qavranılması

müqavilə (contract)
yerinə yetirmə məcburiyyəti olan saziş

müştəri (customer)
şəxs və təşkilat üçün tələb olunan və nəzərdə tutulan məhsul və xidmətləri əldə etmək istəyən və əldə edən şəxs və təşkilat

mübahisələrin həlli prosesinin tədarükçüsü (dispute resolution process provider)
təşkilat xaricində mübahisəli məsələlərin tənzimlənməsi prosesini təşkil edən və yerinə yetirən, onu idarə edən şəxs və təşkilat

mübahisəli məsələlərin tənzimlənməsi üzrə nümayəndə (dispute re-solver)
mübahisəli məsələlərin həllində tərəflərə kömək etmək üçün mübahisələrin həlli prosesinin tədarükçüsü tərəfindən təyin edilmiş şəxs. Məsələn, əməkdaşlar, könüllülər, müqavilə üzrə fəəaliyyət göstərən personal

müştəri xidməti (customer service)
məhsul və ya xidmətin bütün həyat dövrü ərzində təşkilatla müştəri arasında qarşılıqlı əlaqə

müştəri məmnuniyyətinə nail olma qaydaları (customer satisfaction code of conduct)
müştəri məmnuniyyətinin artırılmasına yönəlik təşkilat tərəfindən müştəriyə vəd verilməsi və müştəri məmnuniyyətinin təmin edilməsinin müvafiq qaydaları

mübahisəli məsələlər (dispute)
mübahisələrin həlli prosesinin tədarükçüsünə şikayətin həlli ilə bağlı narazılığın bildirilməsi

monitorinq (monitoring)
sistem , proses , məhsul , xidmət və ya fəaliyyətin statusunu müəyyən etmə

missiya (mission)
ali rəhbərlik tərəfindən ifadə edilən və təşkilatın mövcud olma məqsədini açıqlayan bəyanatdır.

normativ tələblər (regulatory requirement)
qanunverici orqanın səlahiyyət verdiyi orqan tərəfindən müəyyən edilmiş məcburi tələblər

performans (performance)
ölçülə bilən nəticə

proses (process)
nəzərdə tutulan nəticələrin əldə edilməsi üçün çıxışlardan istifadə edən bir-biri ilə qarşılıqlı əlaqəli və (və ya) qarşılıqlı təsirli fəaliyyət növlərinin məcmusu

prosedur (procedure)
müəyyən edilmiş proses və fəaliyyətin həyata keçirilməsi üsulu

rəhbərlik (management)
təşkilata rəhbərlik və onun idarə edilməsi üzrə əlaqələndirilmiş fəaliyyət

səriştəliliyin əldə edilməsi (competence acquisition)
səriştəliliyə nail olma prosesi

səmərəlililik (efficiency)
nail olunmuş nəticə ilə sərf olunan resurslar arasındakı nisbət

səriştəlilik (competence)
nəzərdə tutulan nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmə qabiliyyəti

sənədləşdirilmiş informasiya (documented information)
təşkilat tərəfindən idarə edilməli və işlək vəziyyətdə saxlanılmalı olan informasiya və onun daşıyıcısı

sistem (system)
bir-biri ilə qarşılıqlı əlaqədə və (və ya) qarşılıqlı təsirdə olan elementlərin məcmusu

siyasət (policy)
ali rəhbərlik tərəfindən rəsmi olaraq ifadə edilən təşkilatın ümumi niyyəti və istiqaməti

strategiya (strategy)
ümumi və uzunmüddətli məqsədlərə nail olma planı

spesifikasiya (specification)
tələbləri müəyyən edən sənəd

şikayət (complaint)
təşkilata onun məhsulları və ya xidmətləri və ya bilavasitə şikayətlərin idarə edilməsi prosesləri ilə əlaqədar məmnuniyyətsizliyin ifadə edilməsi. Burada şikayətlərə birbaşa və ya dolayısı ilə cavab verilməsi və ya onaların həlli gözlənilir

təşkilat (organization)
məqsədlərə nail olmaq üçün məsuliyyət və səlahiyyətlərə malik və özünün funksiyalarını yerinə yetirən, bir-biri ilə müəyyən münasibətlərlə bağlı olan şəxs və ya şəxslər qrupu

təşkilatın konteksti (context of the organization)
təşkilatın qarşıya qoyduğu və nail olmaq istədiyi məqsədlərlə bağlı onun yanaşmasına təsir edə biləcək daxili və xarici amillərin məcmusu

təhlil (review)
nəzərdə tutulan məqsədlərə nail olmaq üçün obyektin yararlığını, adekvatlığını və ya effektivliyini müəyyən etmə

təmir (repair)
uyğun olmayan məhsul və ya xidmətin nəzərədə tutulan istifadəyə yönəlik qəbul edilə bilən olması üçün həyata keçirilən fəaliyyət

tullantıya keçirmə (scrap)
uyğun olmayan məhsul və ya xidmətin əvvəlcədən nəzərdə tutulan istifadəsinin qarşısını almaq üzrəhəyata keçirilən fəaliyyət

uyğunsuzluq (nonconformity)
tələbin yerinə yetirilməməsi

uyğunluq (conformity)
tələbin yerinə yetirilməsi

uğur (success)
məqsədə nail olma

vizyon (vision)
ali rəhbərlik tərəfindən ifadə edilən və təşkilatın gələcəkdə nail olmaq istədiyi mövqedir

verilənlər (data)
obyekt barədə faktlar

verifikasiya (verification)
müəyyən olunmuş tələblərin yerinə yetirildiyinin obyektiv dəlillər təqdim etməklə təsdiqlənməsi

validasiya (validation)
konkret istifadə və ya tətbiq üçün nəzərdə tutulan tələblərin yerinə yetirildiyinin obyektiv dəlillər təqdim etməklə təsdiqlənməsi

yaxşılaşdırma (improvement)
performansı artırmaq üçün yerinə yetirilən fəaliyyət.

yenidən işləmə (rework)
uyğun olmayan məhsul və ya xidmətin tələblərə uyğunluğunu təmin etmək üçün həyata keçirilən fəaliyyət

Partners