Lüğət

Qida təhlükəsizliyinin
idarə edilməsi

Əlifba sırası ilə verilmiş hərflərin üzərinə basmaqla qida təhlükəsizliyinin
idarə edilməsi ilə bağlı termin və təriflərlə tanış ola bilərsiniz:

audit (аudit)
audit meyarının yerinə yetirilmə dərəcəsini müəyyən etmək məqsədilə audit dəlilinin əldə edilməsi və obyektiv qiymətləndirilməsinə yönəlik sistemli, müstəqil və sənədləşdirilmiş proses

autsorsinqə vermək (outsource)
təşkilatın funksiya və ya prosesinin bir hissəsinin kənar təşkilat tərəfindən yerinə yetirilməsi üzrə müqavilənin bağlanılması

ali rəhbərlik (top management)
təşkilata ən yüksək səviyyədə rəhbərliyi və idarəetməni həyata keçirən şəxs və ya bir qrup insan

blok sxem (flow diagram)
proses mərhələlərinin ardıcıl və bir-biri ilə qarşılıqlı əlaqələrinin sxematik və sistemli təsviri

çirklənmə (contamination)
məhsula və ya istehsal/emal mühitinə qida təhlükəsizliyi üzrə təhlükə də daxil olmaqla, çirkləndiricinin daxil olması və ya yayılması

davamlı yaxşılaşdırma (continual improvement)
performansın artırılması üzrə təkrarlanan fəaliyyət

düzəltmə (correction)
aşkar olunmuş uyğunsuzluğun aradan qaldırılması üzrə həyata keçirilən fəaliyyət

düzəldici fəaliyyət (corrective action)
uyğunsuzluğun səbəbinin aradan qaldırılması və onun təkrarlanmasının qarşısının alınması üçün həyata keçirilən fəaliyyət

effektivlik (effectiveness)
planlaşdırılmış fəaliyyətləri həyata keçirmə və planlaşdırılmış nəticələrə nail olunma dərəcəsi

fəaliyyət meyarı (action criterion)
İŞƏP-in monitorinqi üçün ölçülə bilən və ya müşahidə edilə bilən spesifikasiya

heyvan qidası (food, animal)
qida istehsalında istifadə edilməyən heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan emal olunmuş, yarı emal olunmuş və ya xammal şəklində olan bir və ya bir neçə məhsul

idarəetmə sistemi (management system)
təşkilatın siyasət və məqsədlərinin və həmin məqsədlərə nail olmaq üçün proseslərin işlənilməsinə yönəlik təşkilatın bir-biri ilə qarşılıqlı əlaqədə və ya qarşılıqlı təsirdə olan elementlərinin məcmusu.

ilkin şərtlərin əməliyyat proqramı, İŞƏP (operational prerequisite programme)
qida təhlükəsizliyi üzrə əhəmiyyətli təhlükənin qarşısının alınması və ya onun qəbul edilə bilən səviyyəyədək azaldılması üçün nəzarət tədbirinin və ya nəzarət tədbirlərinin kombinasiyasının tətbiq olunduğu və fəaliyyət meyarı və ölçmənin və ya müşahidənin proses və/və ya məhsula effektiv nəzarət edilməsinə imkan verdiyi yer

ilkin şərtlər proqramı, İŞP (prerequisite programme)
qida təhlükəsizliyini təmin etmək üçün təşkilat daxilində və qida zənciri boyunca zəruri olan əsas şərtlər və fəaliyyətlər

izlənə bilmə (traceability)
istehsal, emal və paylamanın müəyyən mərhələsində (mərhələlərində) bir obyektin tarixinin, tətbiqinin, hərəkətinin və yerinin izlənilə bilmə qabiliyyəti

kritik nəzarət nöqtəsi (critical control point, KNN)
qida təhlükəsizliyi üzrə əhəmiyyətli təhlükənin (qarşısının alınması və ya onun qəbul edilə bilən səviyyəyədək azaldılması üçün nəzarət tədbirinin tətbiq olunduğu, müəyyən edilən kritik limitin ölçülməsinin düzəltmələri həyata keçirməyə imkan verdiyi proses addımı

kritik limit (critical limit)
qəbul edilə biləni qəbul edilə bilməyəndən ayıran, ölçülə bilən dəyər

qəbul edilə bilən səviyyə (acceptable level)
təşkilat tərəfindən təmin edilən son məhsulda qida təhlükəsizliyi üzrə təhlükənin aşılmamalı olan səviyyəsi

qida (food)
kosmetika və ya tütün və ya ancaq dərman kimi istifadə edilən maddələr (inqrediyentlər) xaric, qida istehsalında, hazırlanmasında və ya emalında istifadə edilən istənilən maddə (inqrediyent) və içki, saqqız da daxil olmaqla, istehlak üçün nəzərdə tutulan, emal olunmuş, yarı emal olunmuş və ya xammal şəklində olan maddə (inqrediyent)

qida zənciri (food chain)
lkin istehsaldan istehlaka qədər qida və onun inqrediyentlərinin istehsalı, emalı, paylanılması, saxlanılması və onunla rəftar edilməsi mərhələlərinin ardıcıllığı

qida təhlükəsizliyi (food safety)
qidanın nəzərdə tutulan istifadəyə uyğun olaraq hazırlanması və/və ya istehlakı zamanı istehlakçının sağlamlığına mənfi təsir göstərməməsinin təmin edilməsi

qida təhlükəsizliyi üzrə təhlükə (food safety hazard)
qidanın tərkibində sağlamlığa mənfi təsir göstərmək potensialı olan bioloji, kimyəvi və ya fiziki maddə

qida təhlükəsizliyi üzrə əhəmiyyətli təhlükə (significant food safety hazard)
təhlükənin qiymətləndirilməsi vasitəsilə müəyyən edilən, nəzarət tədbirləri ilə idarə edilməsinə ehtiyac olan qida təhlükəsizliyi üzrə təhlükə

maraqlı tərəf (interested party/stakeholder)
fəaliyyətin həyata keçirilməsinə və ya qərarların qəbuluna təsir edə bilən, onların təsirinə məruz qala bilən və ya onların təsirinə məruz qala biləcəyini düşünən şəxs və ya təşkilat

monitorinq (monitoring)
sistem, proses və ya fəaliyyətin cari vəziyyətinin müəyyən edilməsi

məqsəd (objective)
nail olunacaq nəticə

məhsul (product)
prosesinnəticəsi olan çıxış

nəzarət tədbiri (control measure)
qida təhlükəsizliyi üzrə əhəmiyyətli təhlükənin qarşısının alınması və ya onu qəbul edilə bilən səviyyəyədək azaldılması üçün zəruri olan tədbir və ya fəaliyyət

ölçmə (measurement)
dəyəri müəyyən edən proses

partiya (lot)
eyni şəraitdə istehsal olunmuş və/və ya emal edilmiş və/və ya qablaşdırılmış məhsulun (3.37) müəyyən edilən miqdarı

performans (performance)
ölçülə bilən nəticə

proses (process)
girişləri çıxışlara çevirən, bir-biri ilə qarşılıqlı əlaqədə və ya qarşılıqlı təsirdə olan fəaliyyətlərin məcmusu

risk (risk)
qeyri - müəyyənliyin təsiri

səriştəlilik (competence)
nəzərdə tutulan nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmə qabiliyyəti

sənədləşdirilmiş informasiya (documented information)
təşkilat tərəfindən idarə edilməli və işlək vəziyyətdə saxlanılmalı olan informasiya və onun daşıyıcısı

son məhsul (end product)
sonrakı emala məruz qalmayan və ya təşkilat tərəfindən ona hər hansı dəyişiklik edilməyən məhsul

siyasət (policy)
ali rəhbərlik tərəfindən rəsmi olaraq bəyan edilən təşkilatın ümumi niyyəti və istiqaməti

təşkilat (organization)
məqsədlərinə nail olmaq üçün funksiyalar və onlarla bağlı məsuliyyət, səlahiyyət və əlaqələrə malik şəxs və ya bir qrup insan

tələb (requirement)
bəyan edilən, ümumiyyətlə nəzərdə tutulan və ya məcburi xarakter daşıyan ehtiyac və ya gözlənti

uyğunluq (conformity)
tələbin yerinə yetirilməsi

uyğunsuzluq (nonconformity)
tələbin yerinə yetirilməməsi

validasiya (validation)
nəzarət tədbirinin və ya nəzarət tədbirlərinin kombinasiyasının qida təhlükəsizliyi üzrə əhəmiyyətli təhlükəni effektiv şəkildə idarə edə biləcəyinə dair sübutun əldə edilməsi

verifikasiya (verification)
müəyyən olunmuş tələblərin yerinə yetirilməsinin obyektiv dəlil təqdim etməklə təsdiqlənməsi

yem (feed)
qida istehsalı üçün nəzərdə tutulan heyvanların yemləndirilməsində istifadə edilən emal olunmuş, yarı emal olunmuş və ya xammal şəklində olan bir və ya çox sayda məhsul

yeniləmə (update)
ən son informasiyanın tətbiqini təmin etmək üçün dərhal və /və ya planlaşdırılmış şəkildə həyata keçirilən fəaliyyət

Partners