Lüğət

Ətraf mühitin idarə edilməsi

Əlifba sırası ilə verilmiş hərflərin üzərinə basmaqla
ətraf mühitin idarə edilməsi ilə bağlı termin və təriflərlə
tanış ola bilərsiniz:

ali rəhbərlik (top management)
təşkilatda rəhbərliyi və idarəetməni ən yuxarı səviyyədə həyata keçirən şəxs və ya bir qrup insan

audit (audit)
audit meyarlarının yerinə yetirilmə dərəcəsini müəyyən etmək məqsədilə audit dəlillərinin əldə edilməsi və obyektiv qiymətləndirilməsinə yönələn sistemli, müstəqil və sənədləşdirilmiş proses

autsorsinqə vermək (outsource)
təşkilatın funksiya və ya proseslərinin bir hissəsinin kənar təşkilat tərəfindən yerinə yetirilməsi üzrə razılaşmanın əldə edilməsi

çirklənmənin qarşısının alınması (prevention of pollution)
ətraf mühitə arzuolunmaz təsirlərin azaldılması üçün istənilən növ çirkləndirici maddə və ya tullantıların yaranması, emissiyası və ya atılmasının (axıdılmasının) qarşısının alınması, azaldılması və ya idarə edilməsi (bu deyilənlərdən hər birini ayrı-ayrılıqda və ya hamısını birlikdə etmək olar) məqsədilə proses təcrübə, texnika, material, məhsul, xidmət və ya enerjidən istifadə edilməsi

düzəldici fəaliyyət (corrective action)
uyğunsuzluğun səbəbini aradan qaldırmaq və təkrarlanmasının qarşısını almaq üçün həyata keçirilən fəaliyyət

davamlı yaxşılaşdırma (continual improvement)
performansın artırılmasına yönəlik təkrarlanan fəaliyyət

effektivlik (effectiveness)
planlaşdırılmış fəaliyyətləri reallaşdırma və planlaşdırılmış nəticələrə nail olunma səviyyəsi

ətraf mühiti idarəetmə sistemi (environmental management system)
idarəetmə sisteminin, ətraf mühit aspektlərinin idarə edilməsində, uyğunluğun təmin edilməsi üzrə öhdəliklərin yerinə yetirilməsində istifadə edilən, risk və imkanları nəzərə alan bir hissəsi

ətraf mühit üzrə siyasət (environmental policy)
təşkilatın ətraf mühit performansı ilə əlaqəli olan və onun ali rəhbərliyi tərəfindən rəsmi qaydada bəyan edilən təşkilatın niyyət və istiqaməti

ətraf mühit (environment)
hava, su, torpaq, təbii resurslar, flora, fauna, insanlar və onlar arasındakı qarşılıqlı əlaqə də daxil olmaqla, təşkilatın fəaliyyət göstərdiyi mühit

ətraf mühit aspekti (environmental aspect)
təşkilatın ətraf mühitə təsir göstərən və ya təsir göstərə biləcək fəaliyyət və ya məhsul və ya xidmətlərinin elementi

ətraf mühit şəraiti (environmental condition)
ətraf mühitin müəyyən andakı vəziyyəti və ya xüsusiyyətləri

ətraf mühit təsiri (environmental impact)
təşkilatın ətraf mühit aspektlərindən bütövlükdə və ya qismən qaynaqlanan ətraf mühitdə baş verən arzuolunmaz və ya arzuolunan dəyişikliklər

ətraf mühit üzrə məqsəd (environmental objective)
təşkilatın ətraf mühit üzrə siyasətinə uyğun olaraq müəyyən etdiyi məqsəd

ətraf mühit performansı (environmental performance)
ətraf mühit aspektlərinin idarə edilməsinə aid performans

göstərici (indicator)
əməliyyat, idarəetmə və ya şərtlərin vəziyyəti və ya statusunun ölçülə bilən formada ifadə olunması

həyat dövrü (life cycle)
məhsul (və ya xidmət) sisteminin xammalın alınmasından və ya təbii resursların emalından yekun utilizasiyayadək/məhvetməyədək ardıcıl və bir-birilə əlaqəli mərhələləri

idarəetmə sistemi (management system)
təşkilatın proses, siyasət və məqsədlərinin işlənilməsi və bu məqsədlərə nail olmaq üçün bir-biri ilə qarşılıqlı əlaqə və ya təsirdə olan elementlərin məcmusu

maraqlı tərəf (interested party)
fəaliyyətin həyata keçirilməsinə və ya qərarların qəbuluna təsir edə bilən, onların təsirinə məruz qala biləcəyini düşünən şəxs və ya təşkilat

məqsəd (objective)
nail olunacaq nəticə

monitorinq (monitoring)
sistem, proses və ya fəaliyyətin cari vəziyyətinin müəyyən edilməsi

ölçmə (measurement)
dəyəri müəyyən edən proses

proses (process)
girişləri çıxışlara çevirən, bir-birilə qarşılıqlı əlaqə və təsirdə olan fəaliyyətlərin məcmusu

performans (performance)
ölçülə bilən nəticə

risk (risk)
qeyri-müəyyənliyin təsiri

risk və imkanlar (risks and opportunities)
potensial arzuolunmaz təsirlər (təhdidlər) və potensial arzuolunan təsirlər (imkanlar)

səriştəlilik(competence)
nəzərdə tutulan nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmə qabiliyyəti

sənədləşdirilmiş informasiya (documented information)
təşkilat tərəfindən idarə edilməli və işlək vəziyyətdə saxlanılmalı olan informasiya və onun daşıyıcısı

təşkilat (organization)
məqsədlərinə nail olmaq üçün funksiyalar və onlarla bağlı məsuliyyət, səlahiyyət və əlaqələrə malik şəxs və ya bir qrup insan

tələb (requirement)
bəyan edilən, ümumiyyətlə nəzərdə tutulan və ya məcburi xarakter daşıyan ehtiyac və ya gözlənti

uyğunluğun təmin edilməsi üzrə öhdəliklər (compliance obligations) (üstünlük verilən termin)
qanunverici və digər tələblər (qəbul edilən termin)
qanunverici tələblər təşkilatın onlara uyğunluğu təmin etməli olduğu, digər tələblər isə təşkilatın onlara uyğunluğu təmin etməli olduğu və ya uyğunluğu təmin etmək üçün seçdiyi tələblərdir

uyğunluq (conformity)
tələbin yerinə yetirilməsi

uyğunsuzluq (nonconformity)
tələbin yerinə yetirilməməsi

Partners