Lüğət

Peşə sağlamlığı və təhlükəsizliyinin
idarə edilməsi

Əlifba sırası ilə verilmiş hərflərin üzərinə basmaqla
peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi ilə
bağlı termin və təriflərlə tanış ola bilərsiniz:

audit (audit)
audit meyarının yerinə yetirilmə dərəcəsini müəyyən etmək məqsədilə audit dəlilinin əldə edilməsi və obyektiv qiymətləndirilməsinə yönəlik sistemli, müstəqil və sənədləşdirilmiş proses

ali rəhbərlik (top management)
təşkilata rəhbərliyi və idarəetməni ən yuxarı səviyyədə həyata keçirən şəxs və ya bir qrup insan

autsorsinqə vermək (outsource)
təşkilatın funksiya və ya proseslərinin bir hissəsinin kənar təşkilat tərəfindən yerinə yetirilməsi üzrə müqavilənin bağlanması

davamlı yaxşılaşdırma (continual improvement)
performansın artırılmasına yönəlik təkrarlanan fəaliyyət

düzəldici fəaliyyət (corrective action)
uyğunsuzluğun və ya hadisənin səbəbinin (səbəblərinin) aradan qaldırılması və onun təkrarlanmasının qarşısının alınması üçün həyata keçirilən fəaliyyət

effektivlik (effectiveness)
planlaşdırılmış fəaliyyətləri həyata keçirmə və planlaşdırılmış nəticələrə nail olma dərəcəsi

hadisə (incident)
işlə əlaqəli olaraq və ya işin gedişində zədələnmə və sağlamlığın pozulması ilə nəticələnə bilən və ya nəticələnən hadisə

idarəetmə sistemi (management system)
təşkilatın siyasət və məqsədlərinin və həmin məqsədlərə nail olmaq üçün proseslərin işlənilməsinə yönəlik, təşkilatın bir-biri ilə qarşılıqlı əlaqə və ya təsirdə olan elementlərinin məcmusu

işçi (worker)
təşkilatın nəzarəti altında iş və ya işlə əlaqəli fəaliyyətləri yerinə yetirən şəxs

iştirak (participation)
qərar qəbulu prosesinə cəlb edilmə

iş yeri (workplace)
təşkilatın nəzarəti altında olan və şəxsin işi icra etmək üçün olmalı olduğu və ya getməli olduğu yer

qanunvericilik tələbləri və digər tələblər (legal requirements and other requirements)
qanunvericilik tələbləri təşkilatın yerinə yetirməli olduğu, digər tələblər isə təşkilatın yerinə yetirməli olduğu və ya yerinə yetirmək üçün seçdiyi tələblərdir.

maraqlı tərəf (interested party/stakeholder)
qərarların qəbuluna və ya fəaliyyətlərin həyata keçirilməsinə təsir edə bilən, onların təsirinə məruz qala bilən və ya onların təsirinə məruz qala biləcəyini düşünən şəxs və ya təşkilat

məqsəd (objective)
nail olunacaq nəticə

məsləhətləşmə (consultation)
qərar qəbul etməzdən əvvəl fikirlərin öyrənilməsi

monitorinq (monitoring)
sistem, proses və ya fəaliyyətin cari vəziyyətinin müəyyən edilməsi

ölçmə (measurement)
dəyəri müəyyən edən proses

performans (performance)
ölçülə bilən nəticə

peşə sağlamlığı və təhlükəsizliyi performansı (occupational health and safety performance)
işçilərin zədələnməsinin və sağlamlığının pozulmasının qarşısının alınmasının effektivliyi və təhlükəsiz və sağlam iş yerlərinin təmin edilməsi üzrə performans

peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi (occupational health and safety system)
PST üzrə siyasətə nail olmaq üçün istifadə edilən idarəetmə sistemi və ya idarəetmə sisteminin bir hissəsi

peşə sağlamlığı və təhlükəsizliyi üzrə siyasət (occupational health and safety policy)
işçilərin işlə əlaqəli zədələnməsinin və sağlamlığının pozulmasının qarşısının alınması və təhlükəsiz və sağlam iş yerlərinin təmin edilməsi üzrə siyasət

peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsəd (occupational health and safety objective)
PST üzrə siyasətə uyğun olaraq konkret nəticələrə nail olmaq üçün təşkilat tərəfindən müəyyən edilmiş məqsəd

peşə sağlamlığı və təhlükəsizliyi üzrə risk (occupational health and safety risk)
işlə əlaqədar təhlükəli hadisənin (hadisələrin) və ya təsirin (təsirlərin) baş vermə ehtimalının və həmin hadisənin (hadisələrin) və ya təsirin (təsirlərin) səbəb ola biləcəyi zədələnmə və ya sağlamlığın pozulmasının ağırlıq dərəcəsinin kombinasiyası

peşə sağlamlığı və təhlükəsizliyi üzrə imkan (occupational health and safety opportunity)
PST performansının yaxşılaşdırılmasına gətirib çıxara biləcək şərait və ya şəraitlərin məcmusu

podratçı (contractor)
razılaşdırılmış spesifikasiyalara, müddət və şərtlərə uyğun olaraq təşkilata xidmətlər göstərən kənar təşkilat

proses (process)
girişləri çıxışlara çevirən, bir-birilə qarşılıqlı əlaqədə və ya təsirdə olan fəaliyyətlərin məcmusu

prosedur (procedure)
proses və ya fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilmiş üsul

risk (risk)
qeyri - müəyyənliyin təsiri

səriştəlilik (competence)
nəzərdə tutulan nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmə qabiliyyəti

sənədləşdirilmiş informasiya (documented information)
təşkilat tərəfindən idarə edilməli və işlək vəziyyətdə saxlanılmalı olan informasiya və onun daşıyıcısı

siyasət (policy)
təşkilatın ali rəhbərliyi tərəfindən rəsmi qaydada bəyan edilən təşkilatın niyyət və istiqaməti

təhlükə (hazard)
potensial olaraq zədələnməyə və sağlamlığın pozulmasına gətirib çıxaran mənbə

tələb (requirement)
bəyan edilən, adətən nəzərdə tutulan və ya məcburi xarakter daşıyan ehtiyac və ya gözlənti

təşkilat (organization)
məqsədlərinə nail olmaq üçün funksiyalar və onlarla bağlı məsuliyyət, səlahiyyət və əlaqələrə malik şəxs və ya bir qrup insan

uyğunluq (conformity)
tələbin yerinə yetirilməsi

uyğunsuzluq (nonconformity)
tələbin yerinə yetirilməməsi

zədələnmə və sağlamlığının pozulması (injury and ill health)
şəxsin fiziki, psixi və ya əqli vəziyyətinin arzuolunmaz təsirə məruz qalması

Partners