Peşə sağlamlığı və təhlükəsizliyinin
idarə edilməsi
Əlifba sırası ilə verilmiş hərflərin üzərinə basmaqla
peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi ilə
bağlı termin və təriflərlə tanış ola bilərsiniz:
audit (audit)
audit meyarının yerinə yetirilmə dərəcəsini müəyyən etmək məqsədilə audit dəlilinin əldə edilməsi və obyektiv qiymətləndirilməsinə yönəlik sistemli, müstəqil və sənədləşdirilmiş proses
ali rəhbərlik (top management)
təşkilata rəhbərliyi və idarəetməni ən yuxarı səviyyədə həyata keçirən şəxs və ya bir qrup insan
autsorsinqə vermək (outsource)
təşkilatın funksiya və ya proseslərinin bir hissəsinin kənar təşkilat tərəfindən yerinə yetirilməsi üzrə müqavilənin bağlanması
idarəetmə sistemi (management system)
təşkilatın siyasət və məqsədlərinin və həmin məqsədlərə nail olmaq üçün proseslərin işlənilməsinə yönəlik, təşkilatın bir-biri ilə qarşılıqlı əlaqə və ya təsirdə olan elementlərinin məcmusu
işçi (worker)
təşkilatın nəzarəti altında iş və ya işlə əlaqəli fəaliyyətləri yerinə yetirən şəxs
iştirak (participation)
qərar qəbulu prosesinə cəlb edilmə
iş yeri (workplace)
təşkilatın nəzarəti altında olan və şəxsin işi icra etmək üçün olmalı olduğu və ya getməli olduğu yer
maraqlı tərəf (interested party/stakeholder)
qərarların qəbuluna və ya fəaliyyətlərin həyata keçirilməsinə təsir edə bilən, onların təsirinə məruz qala bilən və ya onların təsirinə məruz qala biləcəyini düşünən şəxs və ya təşkilat
məqsəd (objective)
nail olunacaq nəticə
məsləhətləşmə (consultation)
qərar qəbul etməzdən əvvəl fikirlərin öyrənilməsi
monitorinq (monitoring)
sistem, proses və ya fəaliyyətin cari vəziyyətinin müəyyən edilməsi
performans (performance)
ölçülə bilən nəticə
peşə sağlamlığı və təhlükəsizliyi performansı (occupational health and safety performance)
işçilərin zədələnməsinin və sağlamlığının pozulmasının qarşısının alınmasının effektivliyi və təhlükəsiz və sağlam iş yerlərinin təmin edilməsi üzrə performans
peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi (occupational health and safety system)
PST üzrə siyasətə nail olmaq üçün istifadə edilən idarəetmə sistemi və ya idarəetmə sisteminin bir hissəsi
peşə sağlamlığı və təhlükəsizliyi üzrə siyasət (occupational health and safety policy)
işçilərin işlə əlaqəli zədələnməsinin və sağlamlığının pozulmasının qarşısının alınması və təhlükəsiz və sağlam iş yerlərinin təmin edilməsi üzrə siyasət
peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsəd (occupational health and safety objective)
PST üzrə siyasətə uyğun olaraq konkret nəticələrə nail olmaq üçün təşkilat tərəfindən müəyyən edilmiş məqsəd
peşə sağlamlığı və təhlükəsizliyi üzrə risk (occupational health and safety risk)
işlə əlaqədar təhlükəli hadisənin (hadisələrin) və ya təsirin (təsirlərin) baş vermə ehtimalının və həmin hadisənin (hadisələrin) və ya təsirin (təsirlərin) səbəb ola biləcəyi zədələnmə və ya sağlamlığın pozulmasının ağırlıq dərəcəsinin kombinasiyası
peşə sağlamlığı və təhlükəsizliyi üzrə imkan (occupational health and safety opportunity)
PST performansının yaxşılaşdırılmasına gətirib çıxara biləcək şərait və ya şəraitlərin məcmusu
podratçı (contractor)
razılaşdırılmış spesifikasiyalara, müddət və şərtlərə uyğun olaraq təşkilata xidmətlər göstərən kənar təşkilat
proses (process)
girişləri çıxışlara çevirən, bir-birilə qarşılıqlı əlaqədə və ya təsirdə olan fəaliyyətlərin məcmusu
prosedur (procedure)
proses və ya fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilmiş üsul
səriştəlilik (competence)
nəzərdə tutulan nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmə qabiliyyəti
sənədləşdirilmiş informasiya (documented information)
təşkilat tərəfindən idarə edilməli və işlək vəziyyətdə saxlanılmalı olan informasiya və onun daşıyıcısı
siyasət (policy)
təşkilatın ali rəhbərliyi tərəfindən rəsmi qaydada bəyan edilən təşkilatın niyyət və istiqaməti
təhlükə (hazard)
potensial olaraq zədələnməyə və sağlamlığın pozulmasına gətirib çıxaran mənbə
tələb (requirement)
bəyan edilən, adətən nəzərdə tutulan və ya məcburi xarakter daşıyan ehtiyac və ya gözlənti
təşkilat (organization)
məqsədlərinə nail olmaq üçün funksiyalar və onlarla bağlı məsuliyyət, səlahiyyət və əlaqələrə malik şəxs və ya bir qrup insan