Mövzular
- Assosiasiya
- Resurslar
- Mövzular
- Biliklərini artır!
- Beynəlxalq və regional təşkilatlar
Beynəlxalq və regional təşkilatlar
Müasir dövrdə iqtisadiyyatın müxtəlif sahələrində ölkələrarası əməkdaşlığın genişlənməsində beynəlxalq və regional təşkilatların rolu böyükdür. Beynəlxalq və regional təşkilatlar iqtisadiyyatın ayrı- ayrı sahələri üçün ümumi standart və normaları işləyib hazırlamaqla ölkələrarası iqteqrasiyaya, həmçinin inkişaf və tərəqqiyə kömək edirlər.
Beynəlxalq Standartlaşdırma Təşkilatı
Beynəlxalq Standartlaşdırma Təşkilatı
Beynəlxalq standartlaşdırma təşkilatı ( ISO) elektrik, elektronika və telekommunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğul olan beynəlxalq qurumd
ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır.
ISO-nun tarixi
Dünyada baş verən inteqrasiyanın sürətlənməsi ilə dövlətlərarası münasibətləri texniki sahələrdə daha effektiv qurmaq ehtiyacı belə bir təşkilatın yaradılmasını labüd etmişdi. ISO heç də akronim deyildir və qədim yunan dilində olan isos, yəni, bərabər sözünə uyğunlaşdırılmışdır. Bu gün ISO kimi tanınan təşkilat 1926-cı ildə Milli Standartlaşdırma Assosiasiyalarının Beynəlxalq Federasiyası kimi yaradılmışdır. 1942-ci ildə II Dünya Müharibəsi səəbəbilə bir müddət fəaliyyətini dayandıran federasiya, 1946-cı ildən fəaliyyətini ISO kimi davam etdirməyə başladı.
ISO-nun fəaliyyəti
Beynəlxalq standartların yaradılmasının əsas əhəmiyyəti beynəlxalq ticarətin qarşısında maneəyə çevrilən və müəyyən ərazilər üzrə ticarətdə inhisarlaşma yaradan uyğunsuz standartları aradan qaldırmaq oldu. Beynəlxalq standartlar sayəsində bazarda ümumtanınmış qaydalar meydana gəlir və ədalətli azad bazar iqtisadiyyatın qurulmasına yardımçı olur. Standartlar ticarət sahəsində keyfiyyətlə əlaqəli razılaşmaları asanlaşdırmaqla böyük əməkdaşlıq, yüksək dövriyyə və xərclərin azaldılması kimi imkanlar yaradır. Təşkilat Cenevrədə yerləşən baş ofisindən, Baş katibin rəhbərliyi ilə idarə olunur. Baş Məclis təşkilatın əsas orqanıdır. Şura isə ildə yalnız iki dəfə toplanmaqla ən vacib məsələləri həll edir.Şuranın nəzdində bir sıra orqanlar spesifik məsələlər üzrə işləri həll edirlər:
Prezident Komitəsi – Şuranın və Baş Məclisin qərarlarının icrası ilə bağlı məsləhətlər verir və nəzarəti həyata keçirir.
CASCO – Uyğunluq qiymətləndirmə üzrə,
COPOLCO – İstehlak məsələləri üzrə,
DEVCO– inkişafda olan ölkələrlə bağlı işlər üzrə yüksək bələdçiliyi həyata keçirir,
Daimi Şura Komitələri – maliyyə və strateji işlərlə bağlı məsləhətlər verir,
Ad hoc Məsləhətçi Komitələr – təşkilatın əsas məqsəd və strateji hədəflərinə çatmaq üçün yaradılırlar..
ISO hal- hazırda 135 ölkədən (hər ölkədən bir nümayəndə və bərəbar səs hüququ) beynəlxalq standart qurumlarının iştirakı ilə dövlətlərarası əmtəə və xidmət mübadiləsini sürətləndirmək, intellektual, elmi, texniki və iqtisadi fəaliyyətlərdə işbirliyini inkişaf etdirmək üçün fəaliyyət göstərir. Həmçinin fərqli ölkələrdə olan istehsal amillərini və hansı ölkədəsə olan texniki yenilikləri eyni zamanda tətbiq etmək üçün işlər görür. ISOnun dövrümüzdəki fəaliyyət mexanizmi ISO 9000 keyfiyyət, idarəetmə və s. kimi dövlətlərarası miqyasda qəbul olunmuş standartları hazırlayaraq ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri.1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir(həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur).Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.Üzv dövlətlərin sayı 190-dır. ÜST-ün əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır".
Ümumdünya Səhiyyə Təşkilatının strukturu
ÜST-ün ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-ün büdcəsini müzakirə və qəbul edir.Assambleyalararası dövrdə ÜST-ün fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assembleyanın qərarlarını həyata keçirir, onun günəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜST-ün inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir. Katiblik İcraiyyə Şurasına tabedir və onun rəhbərliyi altında fəaliyyət göstərir. ÜST-ün nəzdində altı regional təşkilat fəaliyyət göstərir.
Ümumdünya Səhiyyə Assambleyasının sessiyası hər il yığılır. Beynəlxalq Səhiyyə Təşkilatının yerləşdiyi yer – Cenevrə. ÜST-nın məqsədi sülh və təhlükəsizliyin əldə edilməsinin əsas faktoru olan bütün dünya xalqlarının sağlamlığına nail olmaq üçün beynəlxalq əməkdaşlığa kömək etməkdir. ÜST-nın əsas fəaliyyəti beynəlxalq sanitar qaydalarının işlənib hazırlanması və xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə istiqamətinə yönəlmişdir. ÜST bütün dünya əhalisinin sağlamlığının maksimum möhkəmləndirilməsinə yönəldilən proqramın həyata keçirilməsini təşkil edir.
Ümumdünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) — 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.[2]. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır.
Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur. Məhzul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.
ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 160 üzvü var, müşahidəçi ölkələrin sayı 24-dür.[3] Vatikan istisna olmaqla qalan 23 ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir.[3] Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur.
Fəaliyyəti
Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi. Danışıqların son mərhələsi olan 1986-1994-cü illərdə baş tutmuş Uruqvay Raundu ÜTT-nin yaradılmasını qabaqlayır.
Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə razılaşma əldə olunur.
Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları məhzulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır, 70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası sektorlarında ticarətin 95%-ni əhatə edən maliyyə sektoru üzrə razılaşmanı əldə ediblər.
2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA – Doha Development Agenda).
Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət, habelə ÜTT-nin hazırkı razılaşmalarının tətbiqi zamanı ölkələrin üzləşdikləri çətinliklər kimi onların inkişafına istiqamətlənmiş bir sıra digər məsələlər.
Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir. ÜTT Sazişləri Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik? Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə. ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-1994 Uruqvay Danışıqlar Raundundan irəli gəlir.
GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş qrafikləri) ibarət 30 min səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər tərəfindən hazırlanmışdır.
Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl şəkildə çərçivələyən diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir.
Əmtəə
Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu forum idi. Ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya əleyhinə olan qaydaları müəyyənləşdirir.
1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş standartlar, subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr və düzəlişlər qəbul edilib.
Xidmətlər
Xaricdə biznes qurmağı planlaşdıran banklar, sığorta və telekommunikasiya şirkətləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən yararlana bilərlər. Bu prinsiplər Xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATS – General Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici iştirakçılar üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu bəyan edirlər.
İntellektual mülkiyyət
ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları, patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirləri kimi açıqlanması mümkün olmayan informasiyanı – əqli mülkiyyəti ticarət prosesində necə qorumağı müəyyənləşdirir.
Mübahisələrin həlli
ÜTT-nin ticarət mübahisələrinin "Mübahisələrin Həlli üzrə Anlaşma" çərçivəsində çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən öhdəliklərin təfsiri əsasında çıxarılır. Bu sistem ölkələri aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan qaldırmağa ruhlandırır. Bu sistemin effektivliyinə nümunə olaraq ÜTT-nin 1995-2003-cü illər ərzində və GATT-ın 1947-1994-cü illər ərzində həll etdiyi mübahisələrin sayına baxmaq kifayətdir. Fəaliyyət müddətlərindəki böyük fərqə baxmayaraq, qeyd olunan dövrlər ərzində hər iki təşkilat 300 mübahisənin həllinə nail olub.
Siyasətin nəzərdən keçirilməsi
Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığı artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər nəzərdən keçirməni onların siyasətinə konstruktiv cavab reaksiyası kimi görürlər. ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını cəmləşdirməlidir.
İnkişaf edən ölkələr
İnkişaf və ticarət
ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər, o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər, bütün ÜTT üzvlərini onların ticarət maraqlarını müdafiə etməyə məcbur edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına, mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək. 2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur. Bu danışıqlar Doha İnkişaf Raundu da adlandırılır. 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş 6 hökumətlərarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən "inteqrə olunmuş çərçivə", habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə sazişlərlə nəticələnmişdir.
ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr üzrə alt komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının artırılmasıdır.
Texniki yardım və treninqlər
ÜTT inkişaf edən ölkələr üçün ildə 100-ə qədər texniki əməkdaşlıq missiyası təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın bütün regionlarında təşkil olunur. Bununla yanaşı, treninqlər mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə təmin etmişdir.
Funksiyalar
ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur:
Ticarət sazişlərinin idarə olunması;
Ticarət danışıqları üçün forum kimi çıxış olunması;
Ticarət mübahisələrinin həlli;
Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi;
Texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət siyasətə məsələlərində dəstək;
Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq.
Struktur
ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı 2 ildə bir dəfə yığışan Nazirlər Konfransıdır.
Təşkilatın digər ali orqanı iclasları ildə bir neçə dəfə Cenevrədə təşkil olunan Əsas Şuradır. Adətən bura Cenevrədəki səfirlər və missiyaların rəhbərləri daxildir, lakin bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir. Bununla yanaşı, Əsas Şura Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi də yığışır.
Növbəti səviyyə Əsas Şuraya hesabat verən Əmtəə Şurası, Xidmətlər Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasını əhatə edir.
Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.
Katiblik
ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş direktor tərəfindən idarə olunur. O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil. Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki dəstək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya çatdırmaqdır. Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir.
Beynəlxalq Elektrotexnika Komissiyası
Beynəlxalq Elektrotexnika Komissiyası
Avropa Standartlaşdırma Komitəsi
Avropa Standartlaşdırma Komitəsi
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ilə “Təmiz Şəhər” ASC arasında 27 Mart 2017-ci tarixli müqaviləyə əsasən təşkilatımızın mütəxəssisləri tərəfindən adı çəkilən müəssisədə “ISO14001:2004 Ətraf mühitinin idarəetmə sistemləri – Tələblər” və “OHSAS 18001:2007 Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin qiymətləndirilməsi seriyaları” beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun idarəetmə sisteminin auditi keçirilmişdir. Audit uğurla keçirilmiş və sonda Assosiasiyanın auditorları tərəfindən aşkarlanmış uyğunsuzluqları və təklifləri özündə əks etdirən hesabat hazırlanaraq müəssisəyə təqdim edilmişdir.
“Təmiz Şəhər” ASC 12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil qurmuşdur, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Müəssisəyə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunmuşdur.
Ümumdünya Ərzaq Təşkilatı
Ümumdünya Ərzaq Təşkilatı
Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı
Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı
Hökumətlərarası Beynəlxalq təşkilatdır. 1955-ci ildə yaradılmışdır. OIML-in əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- OIML üzvü olan ölkələr üçün ölçmə vasitələrinin metroloji xarakteristikalarının normalaşdırılmasının vahid metodları;
- Yoxlama aparatlarının, etalonların, nümunəvi və işçi ölçmə cihazlarının müqayisə olunması, yoxlama və
attestasiya metodlarının harmonizasiyası; - Ölkələrdə Beynəlxalq miqyasda unifikasiya olunmuş ölçmə vasitələrinin istifadə olunmasını təmin etmək;
- Metroloji xidmətlərin təşkilinin optimal formalarının və onların dövlət tərəfindən yerinə yetirilməsini təmin
edən göstərişlərin hazırlanması; - Metroloji xidmətlərin yaradılmasında və işlərin təşkilində, onların zəruri texniki vasitələrlə təmin
edilməsində inkişaf etməkdə olan ölkələrə elmi-texniki dəstək; - Metrologiya sahələrində müxtəlif ixtisas səviyyəsində kadr hazırlığının vahid prinsiplərini müəyyən etmək.
OIML-in ali orqanı Beynəlxalq qanunvericilik metrologiyası konfransıdır. Bu konfrans dörd ildə bir dəfə çağırılır. İştirakçı ölkələr konfransda öz nümayəndələri ilə təmsil olunurlar. Konfrans OIML-in məqsəd və vəzifələrini müəyyən edir, işçi orqanların məruzələrini dinləyir və təsdiq edir, büdcə məsələlərini və s. müzakirə edir. Konfransın işində OIML-in üzvü olmayan ölkələr, ərazilər həm də OIML ilə əlaqəsi olan digər Beynəlxalq ittifaqlar müşahidəçi kimi iştirak edə bilərlər. Onu da qeyd etmək lazımdır ki, üzv olan ölkələrin OIML-in qəbul etdiyi qərarları yerinə yetirməsi məcburi deyildir. Onlar bu tədbirləri qəbul edirlər, mümkün səviyyədə yerinə yetirirlər.
Konfrans sessiyaları zamanı iştirak edən nümayəndələrdən sədr və iki vitse sədr seçilir. Konfransın işçi orqanı Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsidir.
Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsi iki ildə bir dəfə çağırılır.
Hər bir OIML-in üzvü olan ölkə Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsində metrologiya sahəsində yüksək ixtisaslı bir nümayəndə ilə təmsil olunur. Bu nümayəndə öz hökuməti adından səlahiyyətləri öz üzərinə götürə bilməz.Komitə katib-pilotların və katib-mühazirəçilərin planlarına baxır və qəbul edir, katiblərin texniki işlərinə nəzarət aparır və digər məsələləri həll edir.
Komitə birinci və ikinci vitse-prezidentləri altı illiyə seçirlər.
OIML öz funksiyalarının müəyyən hissəsini sədrə verə bilər, o da öz qərarlarını komitə üzvlərinin nəzərinə çatdırır.
Qərarlar komitənin sessiyalarında, bu sessiyalar arasında və xüsusi hallarda isə yazışma yolu ilə qəbul edilir. Komitədə prezident şurası və inkişaf etmiş ölkələrə kömək üzrə şura yaradılmışdır. Konfransın və komitənin iclasları Beynəlxalq Qanunverici Metrologiya Bürosu tərəfindən təmin olunur. Büro direktordan, onun müavinlərindən, üzv ölkələrdən olan mühəndis və xidmətçilərdən ibarətdir. Büro Parisdə yerləşir.
Onu da qeyd etmək lazımdır ki, Avropa ittifaqı (Aİ) daxilində OIML-in bütün sənədlərini texniki reqlament formasında tətbiq olunması haqqında qərar qəbul edilmişdir.
Dünya Ticarət Təşkilatı üzv olan ölkələrə məhsullarının miqdarını və keyfiyyətini təyin edərkən OIML-in tövsiyələrindən istifadə etməyi təklif etmişdir. OIML-in büdcəsi bu qurumda iştirak edən üzvlərin üzvlük haqqı hesabına formalaşır.Bütün ölkələr əhalinin sayına görə dörd kateqoriyaya bölünmüşdür:
- 10 milyona qədər;
- 10-40 milyona qədər;
- 40-100 milyona qədər;
- 100 milyondan çox.
Bunlara uyğun olaraq 1-2-4-8 əmsalları tətbiq edilir
Avropa Keyfiyyət Təşkilatı
Avropa Keyfiyyət Təşkilatı
Avropa Keyfiyyət Təşkilatı (EOQ) keyfiyyət sahəsində tanınmış nüfuzlu beynəlxalq qurumdur. EOQ 1956-cı ildə yaradılmışdır. Fəaliyyətini əsasən Avropada məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bütövlükdə keyfiyyətin idarə edilməsi sahəsinin inkişafına kömək etmək istiqamətində quran bu quruma hal-hazırda Avropanın 34 ölkəsinin milli keyfiyyət təşkilatları daxildir.
Təşkilatın fəaliyyətində keyfiyyət sahəsində vahid Avropa siyasətinin işlənib hazırlanması, eləcə də Avropa ölkələrində olan milli keyfiyyət təşkilatlarının inkişafının dəstəklənməsinə xüsusi önəm verilir. Son illər Avropa ölkələri arasında keyfiyyət sahəsində informasiyanın, təcrübə mübadiləsinin genişləndirilməsi kimi prioritet məsələlərə münasibətdə EOQ tərəfindən yeni strategiyanın həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə 2005-2006-cı illərdə EOQ tərəfindən yeni layihə - “EVROS” – Keyfiyyət məsələləri üzrə informasiyanın Avropa Könüllülük Sistemi hazırlanmışdır. Həmin sistemə görə Avropada keyfiyyət məsələlərinin yeni qeydiyyatı (euroregister) həyata keçirilir ki, burada da məqsəd keyfiyyət sahəsində fəaliyyət göstərən təşkilat və şəxslər haqqında məlumatların toplanılmasıdır. Tədarükçülər (mülkiyyətçilər), fiziki və hüquqi şəxslər özü və təşkilatı haqqında məlumatları təqdim edib, qeydiyyata alındıqdan sonra EVROS-un müəyyən prosedurlarını keçərək müvafiq şəhadətnamə alır. Bu, qeydiyyata alınmış hüquqi və fiziki şəxsin fəaliyyəti haqqında müştərilərə və maraqlı tərəflərə geniş informasiyanın verilməsinə xidmət edir. EVROS sisteminin üzvü olmaq istəyən hüquqi və fiziki şəxslər aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılır:
Kateqoriya 1.
Bura məhsulları (xidmətləri, işləri) müvafiq sənədlərlə təsdiq olunmuş sənaye müəssisələri, banklar, dövlət və bələdiyyə idarəetmə orqanları, firmalar, xidmət və s. də fəaliyyət göstərən təşkilatlar daxildir. Onların məhsullarının (xidmətlərinin) və/və ya idarəetmə sistemlərinin keyfiyyəti beynəlxalq tələblərə uyğun və üçüncü tərəfin müvafiq qiymətləndirilməsindən sonra müvafiq sənədlə təsdiq olunmuşdur. EVROS sistemi vasitəsilə şirkətlər və şəxslər potensial müştəri tapmaqla Avropa bazarında uğurlu fəaliyyət göstərə bilər.
Kateqoriya 2.
Bura məhsulların (xidmətlərin, sistemlərin və s.) uyğunluğunun qiymətləndirilməsi və təsdiqi ilə məşğul olan təşkilatlar və fiziki şəxslər daxildir. Eyni zamanda bu kateqoriyaya məhsullar, xidmətlər və keyfiyyəti idarəetmə sistemlərinin sertifikasiyası ilə məşğul olan orqanlar, eləcə də ölçmə, sınaq və analitik laboratoriyalar, auditorlar, ekspert və s. firmalar aiddir.
Kateqoriya 3.
Bura keyfiyyət sahəsində təhsil, təkmilləşdirmə, təlim və məsləhət xidmətləri göstərən, habelə bununla bağlı dərslik, metodoloji və praktik materiallar hazırlayan, mühazirə kursları həyata keçirən təşkilatlar və fiziki şəxslər daxildir.
Kateqoriya 4.
Bura keyfiyyət və idarəetmə ilə məşğul olan, müxtəlif dərəcələrə malik, öz sahəsində kifayət qədər böyük təcrübə əldə etmiş mütəxəssislər daxildir.
Kateqoriya 5.
Bura keyfiyyət sahəsində elmi-texniki vəsaitləri hazırlayan, onları nəşr edən təşkilat və fiziki şəxslər, elmi tədqiqat mərkəzləri, ictimai və peşəkar assosiasiyalar, ittifaqlar, birliklər, agentliklər və digər təşkilatlar daxildir.
Dünyanın keyfiyyət sahəsində ən böyük qurumlarından biri olan EOQ hazırda öz fəaliyyətini Avropa ölkələrində məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində qurur. EOQ-un ali orqanı ildə bir dəfə çağırılan Konqresdir. Avropa Komissiyasının tapşırığı və dəstəyi ilə EOQ tərəfindən son illər Avropa ölkələrində çalışan dövlət məmurlarına müntəzəm olaraq təlimlər keçirilir ki, bunda da məqsəd keyfiyyət və idarəetmə sahəsində onların bilik səviyyəsinin artırılmasına nail olmaqdır. Bundan başqa, 1997-ci ildən etibarən EOQ-un himayəsi altında hər il Ümumdünya Keyfiyyət Həftəsi və Keyfiyyət Günü keçirilir. EOQ Keyfiyyətin İdarə edilməsi üzrə Avropa Fondu ilə birgə ildə bir dəfə Avropa keyfiyyət mükafatını təyin edir ki, bu mükafata da Avropanın kiçik və orta müəssisələri layiq görülür.
Asiya və Sakit Okeanı Ölkələrinin Keyfiyyət Təşkilatı
Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Təşkilatı (APQO) keyfiyyət sahəsində fəaliyyət göstərən, Asiya və Sakit okean regionunun bir sıra ölkələrinin keyfiyyət təşkilatlarını özündə birləşdirən beynəlxalq səviyyəli elmi və texniki qurumdur. APQO-nun yaradılması ideyası 1981-ci ildə Fillippin Keyfiyyət Cəmiyyəti tərəfindən və həmin ölkədə ilk dəfə keçirilən Beynəlxalq Keyfiyyət Konfransında meydana gəlsə də, təşkilatın formalaşması və bilavasitə fəaliyyəti 1985-ci ildən başlayıb.
Yarandığı vaxtdan etibarən APQO, Asiya və Sakit okean regionu ölkələrinin keyfiyyət və ya standartlaşdırma təşkilatlarının effektiv konfederasiyasına çevrilmək istiqamətində öz səylərini uğurla davam etdirir. Keyfiyyət sahəsində nüfuzlu beynəlxalq qurum olan APQO-nun başlıca məqsədi, Asiya və Sakit okean regionunu ölkələrinin təşkilatları, habelə fərdi üzvləri ilə iş birliyi quraraq məhsulların və xidmətlərin keyfiyyətinin daim artırılmasına nail olmaqdır. Hal-hazırda APQO, dünyanın seçilib-sayılan keyfiyyət qurumlarının siyahısındadır və dünya üzrə 15 digər keyfiyyət və standartlaşdırma təşkilatları ilə sıx əlaqədədir. APQO-nun mərkəzi ofisi Filippində yerləşir və təşkilat Ümumi Katiblik tərəfindən idarə olunur. Katiblik əsasən üzvlükdən toplanılan vəsaitlər, təşkilatı dəstəkləyən və mərkəzi şuraya üzv olan şəxslərin, tərəfdaşların, korporativ, fərdi və ömürlük üzvlərin yardımları hesabına fəaliyyət göstərir. APQO Mərkəzi Şuraya üzv olan ölkələr arasında, eləcə də dünyanın digər keyfiyyət və standartlaşdırma təşkilatları ilə əlaqələrinin qurulmasında fəal rol oynayır. Bundan başqa təşkilat tərəfindən hər il keyfiyyət və idarəetməyə dair müxtəlif təlim və seminarlar, habelə bu sahədə fərqlənmiş şirkətlərin və fərdi şəxslərin mükafatlandırılması ilə bağlı tədbirlər həyata keçirilir. APQO-nun təsis etdiyi Beynəlxalq Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Mükafatı (IAPQA), təşkilatı dəstəkləyən şəxslərdən olan Walter L.Hurd fondunun vəsaiti hesabına Beynəlxalq Asiya Sakit Okean və Regionu Ölkələrinin Mükafat Şurası tərəfindən verilir.
APQO, Asiya və Sakit okean regionu ölkələrində hər il öz konfranslarını keçirir. Bu konfranslarda təşkilatın gələcək fəaliyyət strategiyası, keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma sahəsindəki beynəlxalq elmi və texniki yeniliklər, quruma yeni üzvlərin qəbulu və s. məsələlər müzakirə olunur. APQO-nun keyfiyyət sahəsində ilk beynəlxalq konfransı 1985-ci ildə Çində keçirilib. Təşkilatın ikinci konfransı 1988-ci ildə Koreyada, üçüncü konfransı 1991-ci ildə Yeni Zelandiyada, dördüncü konfransı 1994-cü ildə Malayziyada, beşinci konfransı 1996-cı ildə Filippində; altıncı konfransı 1998-ci ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində, yeddinci konfransı 2000-ci ildə Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən ABŞ-da, səkkizinci konfransı 2002-ci ildə Çində, doqquzuncu konfransı Meksikada, onuncu konfransı 2004-cü ildə Filippində, on birinci konfransı 2005-ci ildə Vyetnamda, on ikinci konfransı Avstraliyada, on üçüncü konfransı 2007-ci ildə Çində və nəhayət on dördüncü konfransı bu il, avqustun 23-25-i tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmişdir.
Konfranslararası dövrdə APQO-nun cari fəaliyyətinə Ümumi Katiblik rəhbərlik edir. Hal-hazırda dünyanın 21 ölkəsi APQO-nun Mərkəzi Şurasının üzvüdür. Mərkəzi Şurada təmsil edilən ölkələr bunlardır:
- Amerika Keyfiyyət Təşkilatı
- Avstraliya Keyfiyyət Təşkilatı
- Azərbaycan Keyfiyyət Assosiasiyası
- Çin Keyfiyyət Assosiasiyası
- Birləşmiş Ərəb Əmirliklərinin E-TQM Kolleci
- İndoneziyanın Keyfiyyəti İdarəetmə Assosiasiyası
- Meksikanın Keyfiyyətə Nəzarət Təşkilatı
- Malayziyanın Keyfiyyət İnstitutu
- Hindistanın Ticarət Palatası
- İran Keyfiyyət Menecerləri Cəmiyyəti
- Koreyanın Standartlar Assosiasiyası
- Malayziyanın Milli Məhsuldarlıq Korporasiyası
- Nepalın Keyfiyyət Məhsuldarlığı və Rəqabətə davamlılıq Şəbəkəsi
- Yeni Zelandiya Keyfiyyət Təşkilatı
- Filippin Keyfiyyət Cəmiyyəti
- PIQC Keyfiyyət İnstitutu
- Sinqapurun Standartlar, Məhsuldarlıq və İnnovasiya Komitəsi
- Şri-Lankanın Keyfiyyət Assosiasiyası
- Şanxay Keyfiyyət Assosiasiyası
- Tailand Keyfiyyət Cəmiyyəti
- Vyetnamın Standartlar və Keyfiyyət Direktoratı.
Akkreditasiya üzrə Beynəlxalq Forum
Akkreditasiya üzrə Beynəlxalq Forum (International Forum for Accreditation, IAF) – uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən akkreditasiya üzrə orqanların ümumdünya assosiasiyasıdır. IAF 1992-ci ildə akkreditasiya üzrə orqanların əməkdaşlığına dair qeyri-rəsmi qurum kimi təsis edilmiş, 1998-ci ildə hüquqi cəhətdən ABŞ-da qeydiyyatdan keçmişdir. IAF-ın əsas vəzifəsi biznes fəaliyyəti həyata keçirən təşkilatlarda risklərin azaldılmasına yönəlik uyğunluğun qiymətləndirilməsi üzrə vahid ümumdünya proqramının işlənib hazırlanması, həmçinin biznes subyektləri və onların sifarişçiləri arasında akkreditasiya sertifikatlarının verilməsi ilə bağlı müvafiq etimadın yaradılmasını təmin etməkdən ibarətdir.
AF-ın üzvləri - təşkilatlar spesifik standartların tələblərinə cavab verən təşkilatların idarəetmə sistemlərinin, məhsulların və ya personalın uyğunluğunu təsdiqləyən (uyğunluğun qiymətləndirilməsi prosesi) sertifikatlaşdırma və qeydiyyat üzrə orqanların akkreditasiyasını keçirir. IAF qarşılıqlı tanınma haqqında Çoxtərəfli Razılaşma (Multilateral Arrangement, MLA), işləyib hazırlayır ki, həmin razılaşmaya əsasən akkreditasiya üzrə orqanlar bir-birinin yerinə yetirilmiş akkreditasiya nəticələrini tanıyır. Bu razılaşma texniki maneələri aradan qaldırmaqla beynəlxalq miqyasda ticarətin inkişafına xidmət edir.
IAF hazırda akkreditasiya üzrə uyğunluq sertifikatına malik təşkilatların əldə etdikləri sertifikatların bütün ölkələrdə tanınması üçün vahid sistemin işlənib hazırlanması istiqamətində fəaliyyət göstərir. Qarşılıqlı tanınma haqqında Çoxtərəfli Razılaşma dünyanın bütün ölkələrində fəaliyyət göstərən akkreditasiya orqanlarına şamil olunur. Səriştəliliyə olan tələblər, IAF üzvlərinin vəzifə və öhdəlikləri, direktorlar Şurası və katibliyin vəzifə və səlahiyyətləri IAF-ın nizamnaməsi, həmçinin qarşılıqlı tanınma haqqında Çoxtərəfli Razılaşma ilə müəyyən edilir. IAF-ın strukturunda ən yuxarı səviyyəni təşkilatın fəaliyyəti barədə strateji qərar qəbul edən və onun siyasətinin müəyyənləşdirən Ali Məclisin Üzvləri təmsil edir. Direktorlar Şurası təşkilat üzvləri tərəfindən qanunverici tələblərin yerinə yetirilməsinə, IAF-ın siyasətinin ümumi istiqamətlərinin işlənib hazırlanmasına, həmçinin müəyyən olunmuş siyasətə uyğun olaraq qurumun cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. 2010-cu ilin məlumatına görə dünyanın 56 ölkəsindən olan 85 təşkilat IAF-ın üzvüdür.
Laboratoriyaların Beynəlxalq Akkreditasiya Birliyi
Laboratoriyaların Beynəlxalq Akkreditasiya Birliyi (International Laboratory Accreditation Cooperation – ILAC) laboratoriyaların akkreditasiyası sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatdır. ILAC 1977-ci ildə 44 Avropa dövlətinin milli akkreditasiya orqanlarının qarşılıqlı anlaşma barədə Danimarkanın paytaxtı Kopenhagen şəhərində imzaladığı Memorandumun nəticəsi olaraq yaradılmışdır.
1996-cı ildən rəsmi beynəlxalq təşkilat kimi fəaliyyət göstərən ILAC-ın əsas məqsədi quruma üzv ölkələrin akkreditasiya olunmuş laboratoriyalarının, yoxlama orqanlarının kalibrlənmə və sınaq protokollarının, hesabatlarının qarşılıqlı tanınması barədə onlar arasında imzalanmış çoxtərəfli sazişlərin inkişafı və dəstəklənməsi, laboratoriyaların akkreditasiyası üzrə regional orqanlar arasında beynəlxalq əməkdaşlığın təmin edilməsi, bu sahədə standartların hazırlanmasına kömək etməkdən ibarətdir. ILAC-ın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının təcrübəsinin harmonizasiyası və inkişafı;
- akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının fəaliyyətinin sənaye, eləcə də istehlakçıların və s.-nin ehtiyaclarına uyğun olaraq inkişaf etdirilməsi;
- inkişafda olan akkreditasiya sistemlərinə yardım edilməsi və dəstəklənməsi;
- təşkilata üzv ölkələrdən daxil olan malların kalibrlənməsinin, sınağının və ona nəzarətin, həmçinin qarşılıqlı anlaşma haqqında ILAC Sazişini imzalamış həmin ölkələrin akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının nəticələrinin qlobal səviyyədə tanınması.
2000-ci il noyabrın 2-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən ILAC-ın Baş Məclisində bu təşkilatın üzvü olan 28 ölkənin laboratoriyaların akkreditasiyası üzrə 36 orqanı tərəfindən ixrac olunan malların texniki sınaq nəticələrinin qarşılıqlı surətdə tanınması barədə Saziş (ILAC Sazişi) imzalandı. Bu saziş onu imzalamış tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq ticarətdə maneələrin aradan qaldırılması ilə bağlı zəruri işlərin həyata keçirilməsini nəzərdə tuturdu. Saziş İLAC-a üzv olan qurumlara akkreditasiya sxemlərinin işlənib hazırlanması və fəaliyyəti barədə ILAC üzvüləri ilə informasiya mübadiləsi aparmaq, ILAC-ın Baş Məclisinin və onun komitələrinin işində (həmçinin qərarların qəbulu prosesində) iştirak etmək, beynəlxalq laboratoriyalararası müqayisəli yoxlamalarda və peşəkar sınaq proqramlarında iştirak etmək, elm və texnikanın müxtəlif sahələrində aparılan ölçmə və sınaqlarla bağlı məsələləri müzakirə etmək üçün ILAC-ın ekspert və problemlərlə məşğul olan qruplarının işində iştirak etmək, akkreditasiya olunmuş laboratoriyaların sərəncamında olan ölçmələrin vəhdətinin və metroloji təminatının keyfiyyətinə nəzarətin təsdiq edilməsi üzrə iş aparmaq kimi üstünlüklər əldə etməyə imkan verirdi.
Qeyd etmək lazımdır ki, laboratoriyaların akkreditasiyası sahəsində uğurlu fəaliyyət göstərən ILAC dünyanın aparıcı beynəlxalq qurumları olan Beynəlxalq standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), Beynəlxalq Akkreditasiya Forumu (IAF), Birləşmiş Millətlər Təşkilatının sənaye inkişafı üzrə ixtisaslaşmış idarəsi (UNIDO), Beynəlxalq Ölçü və Çəki Bürosu (BIPM), Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı (OIML) və Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq edir. ILAC quruma üzv olan ölkələrdə akkreditasiya olunmuş milli akkreditasiya sistemlərinin və sınaq laboratoriyalarının siyahısını, akkreditasiya üzrə ədəbiyyatların siyahısını, həmçinin bu sahənin problemlərinin öyrənilməsi ilə məşğul olan işçi və xüsusi qrupların hesabatlarını nəşr edir. Geniş informasiya fəaliyyəti ilə yanaşı ILAC qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər işləyib hazırlayır. ILAC sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar səviyyəsində sazişlərin bağlanmasında mühüm rol oynayır.
ILAC Beynəlxalq Standartlaşdırma Təşkilatı və Beynəlxalq Elektrotexnika Komitəsi ilə birgə sınaq laboratoriyalarının beynəlxalq səviyyədə razılaşdırılmış prinsiplər və prosedurlar əsasında akkreditasiya olunmasını nəzərdə tutan sənədlərin hazırlanması prosesində iştirak edir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq ILAC ISO/IEC-lə birgə sınaq laboratoriyalarının qiymətləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərini nəzərdə tutan
ISO/IEC 25, 38, 54 və 55 Rəhbərlik sənədlərinə yenidən baxılmış və onlara müəyyən əlavələr edilmişdir. ILAC-ın işçi orqanları aşağıdakı komitələrdir:
- konfransların hazırlanması və keçirilməsi üzrə komitə;
- ticarətdə akkreditasiyanın əməli tətbiqi üzrə komitə;
- akkreditasiyanın praktikası üzrə komitə;
- laboratoriyaların praktiki işləri üzrə komitə;
- redaksiya komitəsi.
2009-cu ilin məlumatına görə, dünyanın 70-dən çox ölkəsinin akkreditasiya üzrə orqanı, həmçinin onlarla regional təşkilat ILAC-ın üzvüdür.
Personalın Sertifikatlaşdırılması üzrə Beynəlxalq Assosiasiya
Personalın Sertifikatlaşdırılması üzrə Beynəlxalq Assosiasiya (International Personal Certification Association, IPC) Dünya Ticarət Təşkilatının (DTT) direktivi ilə beynəlxalq səviyyədə akkreditasiya fəaliyyətini həyata keçirən IAF (Beynəlxalq Akkreditasiya Forumu) daxilində Avropa parlamentinin təsdiqi ilə qurulmuş və personalaın sertifikatlaşdırılması və qeydiyyatı sxemlərinin işləyib hazırlayan və üzvləri vasitəsilə həyata keçirən beynəlxalq təşkilatdır. IPC-nin əsas məqsədi ayrı-ayrı qurumlar (IRCA, RAB/QSA və s.) tərəfindən həyata keçirilən personalın qeydiyyatı və sertifikatlaşdırılması proqramlarını mərkəzləşdirmək və vahid personal qeydiyyat sisteminin hazırlamaqdan ibarətdir. IPC üzvü olan təşkilatlar öz aralarında personalın qeydiyyatı nəticələrinin qarşılıqlı tanınması haqqında razılaşmalar və memorandumlar imzalamışlar. Bu sənədlər personalın hansı təşkilat tərəfindən qeydiyyata alınmasından asılı olmayaraq nəticənin bütün üzv təşkilatlar tərəfindən tanınacağına təminat verir.
IPC-nin üzvü olan təşkilatlar:
ACB - Quality Management and Environmental Management Auditors Certification Board Chinese Society for Quality (Tayvan)
AFAQ/AFNOR Certification (Fransa)
CCAA - China Certification & Accreditation Association (Çin)
CEPAS - Organismo di Certificazione delle Professionalità e della Formazione (İtaliya)
CSQ - Czech Society for Quality CSQ-CERT (Çexiya)
DGQ - Deutsche Gesellschaft fur Qualitat e.V. (Almaniya)
ECDL Hellas (Yunanistan)
IRCA-CQI (İngiltərə)
KQA - Korea Quality Assurance (Koreya)
NRBPT - National Registration Board for Personnel and Training (Hindistan)
QMC - Quality Management Certification (Norveç)
Quality Austria - Trainings, Zertifizierungs und Begutachtungs (Avstriya)
RAB/QSA International (Avstraliya)
TISI - Thai Industrial Standards Institute (Tayland)
TQNet - Quality, Certification Services & IT (Türkiyə)
UKRMETRTESTSTANDARD - State enterprise All-Ukrainian State Research and Production Centre for Standardisation, Metrology, Certification and Protection of Consumers’ Rights (Ukrayna)
EOQ - European Organisation for Quality (Belçika-Avropa)
RRCA - Russian Register Certification Association (Rusiya)
CEAR - Center for Environmental Auditors Registration, Japan Environmental Management Association for Industry (Yaponiya)
JRCA - Japanese Registration of Certified Auditors, Japanese Standards Association (Yaponiya)
STAREGISTER (Yunanistan)
TAF -Taiwan Accreditation Foundation (Tayvan)Asiya Keyfiyyət Şəbəkəsi
Asiya Keyfiyyət Şəbəkəsi
Asiya Keyfiyyət Şəbəkəsi (Asian Network for Quality, ANQ) Asiya ölkələrinin qeyri-kommersiya təşkilatlarını özündə birləşdirən regional qurumdur. ANQ 2002-ci ilin noyabrında Asiya ölkələrinin standartlaşdırma və keyfiyyət təşkilatlarının Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən müşavirəsi zamanı təsis edilmişdir. ANQ-nin yaradılmasında əsas məqsəd Asiya ölkələrində həyatın keyfiyyətinin yüksəltmək, keyfiyyətin idarə edilməsinin fəlsəfəsi və metodologiyası sahəsində tədqiqatları stimullaşdırmaq vasitəsilə elm və texnikanın inkişafına kömək etməkdir.
ANQ çərçivəsində Asiya ölkələrinin standartlaşdırma və keyfiyyət təşkilatları arasında mütəmadi olaraq keyfiyyətin idarə edilməsi ilə bağlı elmi, innovasiya və ən yaxşı təcrübənin mübadiləsi həyata keçirilir, hər il konfranslar təşkil olunur, keyfiyyət sahəsində məlumat xarakterli materiallar dərc edilir. Hazırda Asiyanın 40-dan çox ölkəsinin qeyri-kommersiya təşkilatları ANQ-nin üzvüdür.