Mövzular

Standartlar

“Keyfiyyət Assosiasiyası” beynəlxalq idarəetmə standartlarının
azərbaycan dilinə tərcüməsilə məşğul olur. Həmin standartların
tanışlıq versiyasını onların adlarının üzərinə klik etməklə
yükləyə bilərsiniz:

ISO 9001:2015

ISO 9001:2015. "Keyfiyyəti idarəetmə sistemləri - Tələblər" beynəlxalq standartı Azərbaycanda məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqabətə davamlı olması sahəsində maarifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə kömək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Keyfiyyəti idarəetmə” üzrə işçi qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdır.

Yüklə

Image description

ISO 14001:2015

ISO 14001:2015. "Ətraf mühiti idarəetmə sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" beynəlxalq standartı Azərbaycanda ətraf mühitin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də ətraf mühiti idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə kömək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Ətraf mühiti idarəetmə” üzrə işçi qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Yüklə

Image description

ISO 22000:2018

ISO 22000:2018. "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər" beynəlxalq standartı Azərbaycanda qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də qida təhlükəsizliyinin idarə edilməsi sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə kömək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Qida təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Yüklə

Image description

ISO 45001:2018

ISO 45001:2018. "Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik" beynəlxalq standartı Azərbaycanda peşə sağlamlığı və təhlükəsizliyi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə kömək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Peşə sağlamlığı və təhlükəsizliyi” üzrə işçi qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Yüklə

Image description

Tərəfdaşlar