Resurslar

5S Metodu

Bir müəssisə tam olaraq qənaətli istehsala keçmək üçün ən effektiv üsullardan biri kimi “5S” sistemini tətbiq etməlidir. 5S keyfiyyətli və təhlükəsiz iş mühiti yaradaraq bu mühitin davamlılığını təmin etmək üçün hazırlanmış bir bir sistemdir. Yapon dilində Seiri, Seiton, Seiso, Seikutsu və Shitsuke sözlərinin cəmi olaraq ifadə edilən 5S sisteminin məqsədi əməliyyatların yerinə yetirilməsi, nizam-intizamın, təmizliyin, qorunması, vaxta və enerjiyə qənaət etmək üçün optimal şəraitin yaradılmasıdır.

5 S-in 5 addımı

Addım 1 (Seiri) – çeşidləmə. Lazım olanla lazım olmayan əşyaların bir-birindən ayrılmasıdır. Bu o deməkdir ki, cari istehsal əməliyyatlarını yerinə yetirərkən iş yerini lazım olmayan hər şeydən azad edilir. Çeşidləmə lazımsız əşyaların kənarlaşdırılması iş yerində səliqə-sahmanən təmin edilməsinə kömək edir, əməyin təhlükəsizliyini artırır, istehsal risklərini azaldır.

Addım 2 (Seito) – sahmana salmaq. Bu ifadəni səliqəlik kimi də tərcümə etmək olar. Burada əsas məqsəd əşyaları axtararkən vaxt və enerjiyə qənaət etməkdir. İstifadəyə yararlı olaraq seçilən əşyaları əhəmiyyətinə görə nizamlamaq, daha çox istifadə edilən əşyaların əlçatan olmasını təmin etməkdir.

Addım 3 (Seiso) – təmiz saxlama. Burada əsas məqsəd avadanlıqların və iş yerinin səliqə-sahmanını təmin etmək, nəzarət üçün kifayət qədər müasir təmizlik işləri aparmaq və ona daim qulluq etməkdir. Ən önəmlisi isə çirklənmə səbəblərini tapılması və aradan qaldırılmasıdır.

Addım 4 (Seikutsu) – standartlaşdırma (norma və qaydaların müəyyən edilməsi). Daimi təkrarlanan problemlərin mənbəyinin tapılması və aradan qaldırılması yönündə həllin tapılması üçün çalışmaqdır. Problemlərin zəncirvari şəkildə baş verməsinin qarşısının alınmasıdır.

Addım 5 (Shitsuke) – təkmilləşdirmə, intizam yararma. Burada əsas məqsəd işçilərdə müəyyən edilmiş qaydaların, prosedurların və texnoloji əməliyyatların dəqiq yerinə yetirilməsi vərdişinin formalaşdırılmasıdır.

5S sistemini tətbiqini əhatə edən proseslər eyni olsa dsa, icra edilən hərəkətlər istehsal edilən məhsuldan, istehsal üsulundan asılı olaraq dəyişir. Buna görə də hər bir addıma fərdi qaydada yanaşmaq lazımdır.

5 S sistemi müəssisənin adi işçisindən tutmuş direktoruna qədər hər bir işçisinin bu 5 sadə qaydaya əməl etməsini nəzərdə tutur. Burada əsas üstünlük ondan ibarətdir ki, bu fəaliyyətlər yeni idarəetmə texnologiyalarından və nəzəriyyələrindən istifadəni tələb etmir.

Məsuliyyət

5 S-in effektiv işləməsini təmin etmək üçün bu konsepsiyanın həyata keçirilməsinə və bu konsepsiya çərçivəsində işin təşkilinə aşağıdakılar şəxslər cavabdehdirlər: ali rəhbər, bölmə (şəbə) rəhbərləri, işçi qrupları və istehsalat sahələrinin işçiləri.

Sistemin tətbiqi

Bu sistemin tətbiqi üzrə işlərin səmərəli təşkili, planlaşdırılması və həyata keçirilməsi üçün rəhbərin əmri ilə şöbələrdə işçi qrupların yaradılması zəruridir.

Bundan əlavə, işin təşkili üçün 5S sisteminin tətbiqi üzrə tədbirlər planı hazırlanmalıdır. Bu sənədlərin icrasına nəzarət işçi qrupunun rəhbərinə və qənaətcıl istehsal şöbəsinin müdirinə həvalə edilir.

Müəssisələrdə ən vacib məsələlərdən biri də işçilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsidir. Yəni, işçiyə çalışdığı iş yerində sağlamlığına zərər dəyməməlidir. 5S sistemi xətaları görməyi, onları tapmağı asanlaşdırır.

5S metodunun tətbiqi isə işçilərin işə baxışını dəyişdirir, iş yerinə və vəzifəsinə daha məsuliyyətli və istəkli şəkildə yanaşması kömək edir, işçilərin öz işlərini təmiz və səliqəli yerdə yerinə yetirməsini, onlar arasında iş qəzalarının az olmasını təmin edir və işçilərin motivasiyasını artırmaqla iş mühitində müsbət aura formalaşdırır.

5S sisteminin müəssisəyə aşağıdakı faydaları təmin edir:

  • istehsalatda bədbəxt hadisələrin sayı azalır;
  • istehsal olunan məhsulun keyfiyyəti yaxşılaşır;
  • keyfiyyətsiz məhsulun fəazi azalır;
  • iş yerlərinin standartlaşdırılması təmin edilir;
  • ayrı-ayrı texnoloji əməliyyatların yerinə yetirilməsi müddəti qısalır.

Tərəfdaşlar