Resurslar

80/20 prinsipi və ya
Pareto diaqrmı

80/20 prinsipi italyan iqtisadçı, mühəndis, sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. O, tədqiq olunan problemə təsir göstərən əsas amilləri obyektiv şəkildə təqdim və müəyyən etməyə, problemin effektiv həlli üçün səyləri birləşdirməyə imkan verən bir vasitədir.

80/20 prinsipinə görə minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir və bu disproporsiya səbəb və nəticə əlaqələrinin qaçılmaz xüsusiyyətindən irəli gəlir. Başqa sözlə ifadə etsək, əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu prinsip müxtəlif fəaliyyət sferalarında effektivlik amillərinin təhlilində istifadə olunur. Həmin təhlildən çıxan nəticəyə görə belə hesab olunur ki, planlaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resursları cəlb etməklə əldə etmək mümkündür.

80/20 prinsipindən nə vaxt istifadə edilir

  • problemin tezliyi və ya prosesin səbərləri barədə verilənlər təhlil edilərkən;
  • çoxlu problem və ya səbəb olduqda və diqqəti və səyləri onların ən vacibləri üzərində cəmləşdirmək istəyərkən;
  • konkret komponentləri nəzərdən keçirməklə ümumi səbəbləri təhlil edərkən;
  • sizin məlumatlarınız barədə başqaları ilə ünsiyyətdə olarkən.

80/20 proseduru

1. Məlumatları qruplaşdırmaq üçün hansı kateqoriyalardan istifadə edəcəyinizə qərarlaşdırın.
2. Hansı ölçülərdən istifadə edəcəyinizə qərar verin. Bir qayda olaraq ölçü kimi tezlik, miqdar, qiymət və vaxtdan istifadə edilir.
3. Diaqramın hansı vaxt kəsiyini əhatə edəcəyinə qərar verin: 1 gün, 1 həftə və s.
4. Hər bir kateqoriyanı qeyd etməklə verilənləri toplayın və ya artıq mövcud olan verilənləri toplayın.
5. Hər bir kateqoriya üzrə verilənləri cəmləyin.
6. Topladığınız ölçmələr üçün uyğun miqyası müəyyənləşdirin. Maksimum qiymət 5 -ci addımdakı ən yüksək aralıq cəmi olacaqdır (Aşağıdakı 8 və 9 -cu əlavə addımları izləsəniz, maksimum qiymət 5 -ci addımdakı bütün cəmlərin məcmusu olacaq). Diaqramın sol tərəfində şkalanı qeyd edin.
7. Hər bir kateqoriyaya uyğun sütunları qurun, adlarını daxil edin və onları azalan qayda üzrə soldan sağa doğru düzün. Kiçik ölçülü kateqoriyalar olarsa, onları bir qrupda cəmləşdirib, adını “digərləri” qoymaq olar.
8. Hər bir kateqoriyanın faizini hesablayın. Bu onun qiymətinin kateqoriyaların ümumi qiymətinə bölüb 100 %-ə vurulması yolu ilə həyata keçirilir. Sağdan şaquli xətt çəkin və onun üzərinə faizləri yazın. Bu fəaizlərin kateqoriyaların ümumi qiymətinə uyğun olmasını təmin edin. Soldan şaquli xətt çəkin və orada kateqoriyalara uyğun qiymət şkalasını qurun.
9. Kümülatif cəmi hesablayın və çəkin: Birinci və ikinci kateqoriyalar üçün aralıq cəmləri əlavə edin və bu cəmləri göstərən ikinci sütunun üzərinə bir nöqtə qoyun. Bu məbləğə üçüncü kateqoriya üçün alt cəmi əlavə edin və bu yeni məbləğ üçün üçüncü sütunun üzərinə nöqtə qoyun. Bütün sütunlar üçün prosesi davam etdirin. İlk sütunun yuxarı hissəsindən başlayaraq nöqtələri xəttlə biləşdirin. Son nöqtə sağ şkalada 100% -ə çatmalıdır.

80/20 prinsipinin tətbiqinin effektivliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar. Məsələn, məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.

80/20 prinsipinin tətbiqi diaqramına dair nümunələr

80/20 prinsipinin güclü və zəif tərəfləri

Güclü tərəfləri

  • sadədir, asan tətbiq olunur;
  • 80/20 prinsipinin köməyi ilə problemlərin geniş spektrını təhlil və həll etmək mümkündür;
  • əksər hallarda həqiqətən də işləyir;
  • təhlil nəticələrini rəhbərliyə, sifarişçiyə/müştəriyə və ya maraqlı tərəflərə nümayiş etdirmək üçün inandırıcı ələtdir.

Zəif tərəfləri

  • 80/20 prinsipinin işləmədiyi sahələr var: məsələn, yol çəkərkən, 20% iş vaxtını sərf etməklə yolun 80%-ni çəkmək mümkün deyil. Eynilə bunu, məsələn, elm sahəsinə (kitab yazmaq, elmi iş, diplom və s.) də aid etmək olar;
  • 80/20 prinsipi bir sıra hallarda dəqiq olmur.
  • mürəkkəb və çox vaxt dəqiq şəkildə strukturlaşdırılmayan diaqram düzgün nəticə çıxarmağa imkan vermir.

Tərəfdaşlar