Resurslar

Balanslaşdırılmış göstəricilər sistemi

Balanslaşdırılmış Göstəricilər Sistemi nədir?

Balanslaşdırılmış Göstəricilər Sistemi (BGS) biznes əməliyyatlarını şirkətin strategiyasına uyğunlaşdıran, şirkətin strateji məqsədlərinə qarşı performansını yoxlayan, daxili və xarici kommunikasiyanı nizamlayan strateji planlama və idarəetmə sistemidir.

Harvard Biznes Məktəbinin nümayəndələri Robert Kaplan və David Norton tərəfindən təklif edilən Balanslaşdırılmış Göstəricilər Sistemi strateji məqsədlərin dörd istiqamət üzrə təyin olunmasını və performans qiymətləndirmə sisteminin dörd istiqamət üzrə ölçülərdən ibarət olmasını nəzərdə tutur. Kaplan və Norton'a görə BGS ölçülər kolleksiyasından daha artıq bir alətdir, menecerlər tərəfindən strategiyanın aydınlaşdırılması və tətbiqi üçün istifadə edilən strateji menecment sistemidir.

Robert Kaplan və David Norton tərəfindən hazırlanmış BGS çərçivəsinin özünəməxsusluğu aşağıdakı üç aspektdən başa düşülə bilər:

  • Struktur
  • Tətbiq
  • İstifadə

BGS-nin tərkib hissələri

BGS təşkilata müxtəlif perspektivlərdən baxan strateji idarəetmə vasitəsidir. BGS-nin əsasında dayanan əsas prinsip şirkətin məqsədlərini və onlara müvafiq KPI-ları 4 əsas perspektiv üzrə qruplaşdırmaqdır. Bunlar aşağıdakı kimidir:

  • Maliyyə perspektivi - Bu perspektiv şirkətin fəaliyyətinin gəlir və mənfəət göstəricilərini özündə ehtiva edir;
  • Müştəri perspektivi - Müştəri perspektivi maliyyə hədəflərinin əldə edilməsi üçün məhsul və xidmətlə bağlı əldə etməli olan nəticələri göstərir;
  • Daxili biznes prosesləri - Daxili biznes prosesləri ilə bağlı göstəricilər müştəri göstəricilərində uğurlu olmaq üçün şirkətin hansı biznes proseslərində səmərəli işləməli olduğunu göstərir;
  • Öyrənmə və İnkişaf – Bu göstəricilər şirkətin uzun müddətli hədəflərinə çatmaq üçün infrastruktur, personal və digər boşluqların aradan qaldırılmasını təmin edən göstəriciləri özündə əks etdirir.

Bu dörd perspektiv BGS-nin çərçivəsini formalaşdırır. BGS biznes vahidinin məqsədlərini xülasə maliyyə göstəricilərindən irəliyə daşıyır.

BGS edərkən şirkətlər aşağıdakıları məqamların bir-biri ilə qarşılıqlı inteqrasiyasına nail olmaq imkanı əldə edirlər:

  • Şirkətin missiyası;
  • Şirkətin strateji planı/vizionu;
  • Şirkətin maliyyə vəziyyəti;
  • Şirkətin cari strukturu və əməliyyat sistemi;
  • İşçilərin təcrübə səviyyəsi;
  • Müştəri məmnuniyyəti səviyyəsi.

Göründüyünüz kimi BGS korporativ strategiyanın formalaşması və uğuru ölçməklə yanaşı,ümumilikdə hər bir elementin şirkətin uğuruna nə qədər və necə təsir etdiyini də ölçməyə şərait yaradır.

BGS tətbiqinin faydaları

Strateji məqsədlərini dəqiq müəyyənləşdirmiş şirkətlərə BGS aşağıdakı qeyd edilən bir sıra problemləri həll etməyə kömək edə bilər:

  • mühüm parametrlər üzrə nəzarətin həyata keçirilməsi və məsuliyyətin dəqiqləşdirilməsi;
  • səmərəli büdcənin formalaşdırılması. Konkret ölçülən vəzifələrə nail olmaqla büdcəni tərtib etmək olduqca asandır;
  • personalın iş keyfiyyətinin yaxşılaşdırılması. Adı çəkilən sistem yaradıcılığı, təşəbbüskarlığı və inkişafetmə istəyini fəallaşdırır, güclü və zəif tərəfləri obyektiv olaraq aşkar etməyə imkan verir;
  • proqnozlaşdırmaya və məqsədli istiqamətlərin müəyyənləşdirilməsinə keçirilməsi;
  • strukturların fəaliyyəti üzrə prioritetlərin müəyyənləşdirilməsi.

Tərəfdaşlar