Resurslar

Beyin hücumu

Beyin hücumu risklər və onlarla bağlı təhlükələrin eyniləşdirilməsinə, idarəetmə qərarlarının qəbul edilməsinə, həmçinin qarşıya çıxan problemlərin həllinə kömək etmək məqsədilə ekspertlərin yaradıcı fəallığının stimullaşdırılmasına əsaslanan operativ metoddur.

Beyin hücumu hansısa mövzü üzərinə düşünməyə, niyə, necə suallarına cavab axtarmağa yönəlik, qrup halında “ağıl ağıldan üstündür” deyiminə əsaslanaraq kollektiv müzakirənin əhəmiyyətli metodudur.

Beyin hücumu yaradıcı düşüncəni dəstəkləyən, qrup üzvlərini movivasiya edərək qısa bir müddətdə daha çox fikrin hasil edilməsinə və proseslərin niyə uğursuz olduğu barədə nəticələr verən davamlı keyfiyyəti yaxşılaşdırma vasitəsidir.

Beyin hücumu necə tətbiq olunur?

Beyin hücumu həm tək başına, həm də qrup halında yerinə yetirilə bilər. Beyin hücumunı fərqləndirən cəhətlərdən biri də fərqli fikirlərə malik insanların hadisələrə fərqli mövqelərdən baxaraq irəli sürdükləri çoxlu sayda ideyalarının olmasıdır.

Beyin hücumu çox vaxt qrup daxilində yerinə yetirilir. Onun uğurlu olması və arzuolunan nəticələri verməsi üçün müəyyən şərtlər mövcud olmalıdır.

Bu şərtlərə aşağıdakıları aid etmək olar:

  • irəli sürülən heç bir fikri mühakimə və tənqid edilməməsi;
  • heç bir fikrin boş və məntiqsiz olaraq dəyərləndirilməməsi;
  • beyin hücumu üçün vaxt limitinin müəyyən edilməsi;
  • hər bir fikrin fərdi deyil, qrupun məhsulu olaraq nəzərdə tutulması;
  • daha çox fikrin irəli sürülməsi.

Beyin hücumu aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

Mərhələ 1. Qrup beyin hücumu üçün hazırlanır.
Mərhələ 2. Problem təsvir olunur.
Mərhələ 3. Prosesə rəhbərlik edən şəxs – moderator təyin edilir.
Mərhələ 4. Fikirlər irəli sürülür və həll variantları təklif olunur.
Mərhələ 5. Fikirlər söyləndikdən sonra müzakirə aparılır.

Güclü və zəif tərəfləri

Güclü tərəfləri

  • fikirlər açıq şəkildə və çəkinmədən söylənə bildiyi üçün çox rahat bir mühit yaranır;
  • effektiv qərarların qəbul edilməsi üçün yaradıcı təfəkkürü təşviq edir;
  • əsas maraqlı tərəfləri cəlb etməklə fikir mübadiləsinin aparılması imkanı yaranır;
  • çox xərc tələb etmir.

Zəif tərəfləri:

  • fikir və ideyaların irəli sürülməsi üçün prioritet istiqamət verən meyarları müəyyən etmək kifayət qədər çətin olur;
  • problemin hərtərəfli araşdırıldığını, bütün risklərin müəyyən edildiyini və ətraflı şəkildə təhlil olunduğunu yoxlamaq çətin olur.

Tərəfdaşlar