Resurslar

Yoxlama vərəqi

Delfi metodu ekspert qiymətləndirməsinin ən geniş yayılmış metodlarından biridir.

Bu metod qərar qəbulu üçün ekspert qrupunun iştirakçıları arasında anonim fikir mübadiləsi prosesində razılaşdırılmış informasiyanın əldə olunmasına əsaslanır.

Delfi metodu risklərin idarə edilməsinin və ya sistemin həyat dövrünün istənilərn mərhələsində tətbiq oluna bilər.

Bu metodu üç xüsusiyyət xarakterizə edir:

  • ekspertlərin anonimliyi;
  • tənzimlənə bilən əks əlaqə;
  • sorğu nəticələrinin statistik emalı və cavabın qrup şəklində formalaşdırılması.

Delfi metodunu tətbiqi barədə qərar verilməsindən əvvəl bir sıra suallara konkret formada aydınlıq gətirilməlidir, məsələn:

1.Ekspertizanı kim aparacaq və onun iştirakçıları harada olacaq?
2. Risklərin nəzərdən keçirilməsi prosesində onlarla necə bir əlaqə qurulmalıdır?
3. Tətbiq üçün hansı alternativ metodikalar mövcuddur və onların tətbiqindən hansı real nəticələri gözləmək olar?

Delfi metodu necə tətbiq olunur?

“Delfi” metodu aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Qrup üzvlərinə nəzərdən keçirilən problem üzrə müəyyən edilmiş suallara detallı şəkildə cavab vermələri təklif olunur.
2. Hər bir qrup üzvü suallara müstəqil və anonim şəkildə cavab verir.
3. Cavablar toplanır və onların əsasında təklif olunan həll variantlarından ibarət sənəd tərtib olunur.
4. Qrupun hər bir üzvü bu materialın surətini alır.
5. Problemin mümkün həlli variantları barədə digər iştirakçıların təklifləri ilə tanışlıq firkirlərdə dəyişikliklərə gətirib çıxara bilər.
6. Yuxarıda qeyd olunan 4 və 5-ci addım razılaşdırlmış qərara nail olmaq məqsədilə bir neçə dəfə təkrarlanır. Nominal qrup yanaşmasından istifadə edildiyi kimi, burada da qrupun ayrı-ayrı üzvlərinin müstəqilliyi təmin edilir.

Delfi metodu bütün problem üzrə deyil, onun müxtəlif aspektləri üzrə səriştəli ekspertlərin bu işə cəlb olunması halında daha effektiv şəkildə tətbiq oluna bilər.

Zəif və güclü tərəfləri

Güclü tərəfləri:

  • baxışlar anonim olduğundan populyar olmayan fikirlərin ifadə edilməsinə imkan yaranır;
  • ayrı-ayrı ekspertlərin fərdi fikirlərini razılaşdırılmış qrup rəyində ümumiləşdirmə imkanı yaranır;
  • risk və problemləri sakit və obyektiv şəkildə öyrənməyə və qiymətləndirməyə imkan yaranır.

Zəif tərəfləri:

  • qiymətləndirmə zamanı həddindən artıq subyektivliyə yol verilmə ehtimalı yaranır;
  • kifayət qədər çox vaxt tələb edir.

Tərəfdaşlar