Resurslar

Nəzarət kartı

Nəzarət kartı prosesin gedişatını zaman intervalında izləməyə və prosesə qoyulan tələblərdən kənarlaşmanın aşkarlanması hallarında, ona təsir etməyə imkan verən keyfiyyət alətidir. Nəzarət kartı - prosesin nəticələrinin əyani şəkildə təqdim edilməsi üçün xüsusi bir diaqram növüdür.

Nəzarət kartından istifadə idayası ilk dəfə amerikalı mühəndis, keyfiyyətin idarə edilməsi üzrə tanınmış alim Şuxart tərəfindən irəli sürülmüşdür. Nəzarət kartı məhsulun keyfiyyətinə nəzarətdə və texnoloji prosesin tənzimlənməsində, həmçinin prtosesin stabilliyinə statistik nəzarətin təmin olunmasında uğurla tətbiq olunan bir alətdir.

Nəzarət kartı nə üçün istifadə olunur

Nəzarət kartı məqsədi ortaya çıxan kənarlaşmanın səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün prosesin sabit vəziyyətdən çıxma nöqtələrini aşkarlamaq üçün istifadə olunur.

Təşkilatda nəzarət kartlarının tətbiqindən əvvəl əsas problemləri müəyyən etmək və ən çox ehtiyac duyulan yerlərdə onlardan istifadə etmək vacibdir. Problemlər barədə ilkin məlumatlar qüsurları idarəetmə sistemindən, müştərilərdən daxil olan şikayətlərdən, təşkilatın hər hansı prosesoindən əldə edilə bilər. Nəzarət kartları iş yerlərində doldurulması mümkün olan sənəd formasıdır. Onlar müəyyən standart göstəricilərin yoxlanılmasına, əmələ gələn problemlərin qeydiyyata götürülməsinə, ölçülən kəmiyyətin dəyişmə tezliyinin əks olunmasına xidmət edir.

Nəzarət kartının qurulma ardıcıllığı

1. Prosesin və ya məhsulların ölçülməsi lazım olan göstəriciləri müəyyən edilir. Göstəricilər kəmiyyət və keyfiyyət xarakterli ola bilər.
2. Göstəricinin nəzarət nöqtələri müəyyən edilir. Mümkün olduqda, prosesin ən erkən mərhələsində seçilmiş göstəricinin ölçülə biləcəyi nəzarət nöqtələri yaradılmalıdır.
3. Nəzarət edilən göstəricilərin növü (kəmiyyət və ya alternativ əlamətlər üzrə nəzarət) əsasında müvafiq nəzarət kartı seçilir.
4. Nəzarət kəmiyyət və ya alternativ əlamət üzrə tətbiq edildikdə, vaxta görə ardıcıl ölçmələrin bəziləri (təxminən 3-dən 5-ə qədər) oxşar qiymətlərə malik ola bilər. Bu ölçülər bir alt qrup şəklində formalaşır. Alt qrupa daxil olan ölçmələrin sayı alt qrupun ölçüsü adlanır. Alt qrupun ölçüsünü müəyyən etmək lazımdır.
5. Proses və ya məhsulun seçilmiş göstəricisi ölçülür.
6. Nəzarət kartlnda ölçmə nəticələri (kəmiyyət əlaməti üzrə nəzarət üçün) və ya göstəricinin ümumi (kompleks) qiymətləri (alternativ əlamət üzrə nəzarət üçün) göstərilir.
7. Qrafikin nöqtələri bir-birinə birləşdirilir.
8. Orta qiymət xətti və nəzarət sərhədləri hesablanır. Hansı nəzarət kartının tətbiq edilməsindən asılı olaraq, nəzarət sərhədlərinin hesablanması üçün düsturlar və onların sayı dəyişə bilər.
9. Orta qiymət xətti və nəzarət sərhədləri nəzarət kartında əks olunur.
10. Nəzarət sərhədlərindən kənara çıxan bütün nöqtələr müəyyən edilir.
11. Nəzarət edilən göstəricilərin qiymətlərinin nəzarət sərhədlərindən kənara çıxmasının səbəblərinin və alt qrupların orta qiymət xəttinə nisbətən yerdəyişmə istiqamətinin təhlili aparılır. Lazım gələrsə, düzəldici tədbirlər görülür.

Məhsulun keyfiyyətinə nəzarət etmək üçün adətən 4 növ nəzarət kartından istifadə olunur:

С – kartı. C kartı qabaqcadan qəbul olunmuş sayda nəzarət olunan məhsulların qüsurlarının ümumi sayının keyfiyyətinə nəzarətə xidmət edir. Bu nəzarət kartlarında qüsurların sayının qrafiki qurulur.
U – kartı. Bu növ kartlarda qüsurların nisbi tezliyinin qrafiki qurulur ( yəni, aşkar edilmiş qüsurların sayının yoxlanılmış məhsul vahidlərinin sayına nisbəti).
Np – kartı. Bu növ nəzarət kartlarında C-karlartında olduğu kimi, qüsurların sayı (partiya, gün, dəzgah) üçün qrafik qurulur.
P-kartı. P kartı qüsurlu məhsulların əlavə elementlərinin müəyyənləşdirilməsinin keyfiyyətinə nəzarət etmək məqsədilə istifadə edilir. Bu növ kartlarda aşkar edilmiş qüsurlu məhsulların faiz nisbətinin qrafiki qurulur. Qrafik eynilə U-kartlarında olduğu kimi qurulur.

Nəzarət kartının qurulmasınə əks etdirən nümunə aşağıdakı şəkildə göstərilmişdir.

Burada ANH - nəzarətin aşağı hüdudunu; OX-orta müşahidə xəttini; YNH-yuxarı
nəzarət hüdudunu ifadə edir.

Nəzarət kartının güclü və zəif tərəfləri

Güclü tərəfləri

  • qüsurlu məhsul istehsal edilməzdən əvvəl potensial problemlərin olduğunu göstərir;
  • prosesin dəyişkənliyinin istiqamətini və miqyasını göstərir;
  • kiçik nümunələrlə (məsələn, 5 detal üzrə) kifayət qədər məlumat əldə etməyə imkan verir;
  • prosesin yaxşılaşdırılması statistik olaraq idarə edilən vəziyyətdə həyata keçirməyə imkan verir;
  • keyfiyyət göstəricilərini yaxşılaşdırmağa və onun təmin edilməsi ilə bağlı xərcləri azaltmağa imkan verir.

Zəif tərəfləri

  • verilənlərin əldə edilməsi üçün lazımi ölçmə avadanlığının və kvalifikasiyalı personalın olmasını tələb edir.

Tərəfdaşlar