Resurslar

PDCA dövrü

PDCA dövru iş proseslərinin idarə edilməsi zamanı davamlı yaxşılaşdırmaya nail olmaq üçün istifadə olunan mərhələli bir modeldir. PDCA dövrü təşkilatlara öz proseslərini müvafiq resurslarla təmin etməyə, prosesləri müvafiq qaydada idarə etməyə, yaxşılaşdırma üçün imkanları müəyyən etməyə və reallaşdırmağa imkan verir.

PDCA dövrü dörd mərhələdən ibarətdir. Onu qısaca olaraq belə təsvir etmək olar:

a) Planlaşdırma. Bu, bu prosesin ilkin mərhələsidir. Bu mərhələdə sistemin məqsədini və onun proseslərinin işlənilməsi, həmçinin müştəri tələbləri və təşkilatın siyasətinə uyğun nəticələrə nail olmaq üçün zəruri resursların, risk və imkanları müəyyənləşdirilməsi və nəzərə alınması həyata keçirilir.

b) İcra. Bu mərhələdə proseslərin planlaşdırıldığı kimi yerinə yetirilməsi nəzərdə tutulur.

c) Yoxlama. Bu mərhələdə proses, məhsul və xidmətləri siyasət, məqsəd, tələblər və planlaşdırılmış fəaliyyətlərlə müqayisəsi aparılaraq monitorinq edilməsi və ölçülməsi nəzərdə tutulur.

d) Tədbir görülməsi. Bu mərhələdə nəzərdə tutulan nəticələrə nail olmaq üçün performansın davamlı yaxşılaşdırılmasına yönəlik fəaliyyətləri icra edilməsi nəzərədə tutulur.

Tərəfdaşlar