Resurslar

Səbəb - Nəticə Diaqramı və ya İşikava Diaqramı

Səbəb - nəticə diaqramı səbəb və nəticələr zəncirində ilkin problemi aşkar etməklə müəyyən nəticənin əldə olunmasına imkan verən strukturlaşmış metoddur. Səbəb - nəticə diaqramı tədqiq edilən məsələyə təsir göstərən şərtləri müəyyən etməyə və sistemləşdirməyə şərait yaradır. Bu diaqramın köməyi ilə geniş tərkibdə problemlərin həllini tapmaq mümkündür. Səbəb-nəticə diaqramı adətən böyük həcmdə itkilərə səbəb olan qüsurların təhlili zamanı tətbiq edilir. Diaqramda aydın şəkildə ehtimal olunan səbəblər və onların nəticələri arasındakı asılılıq təsvir olunur.

Səbəb-nəticə diaqramı məmulatın həyat dövrünün mərhələlərində qüsurları müəyyən etməyə və onların səbəblərinin qarşısını almağa şərait yaradır. Əsas səbəb amilləri kimi bunları göstərmək olar: “insan”, “texnoloji avadanlıq”, “material”, “metod”, “nəzarət”, “mühit”.

Bir çox təşkilatlar istehsalın təkmilləşdirilməsi və keyfiyyətin artırılması çərçivəsində bu diaqramdan istifadə edirlər. Səbəb-nəticə diaqramı mümkün təsir göstərmə potensialına malik amilləri ümumiləşdirilmiş katoqoriyalarda sistemləşdirməklə bütün ehtimalları nəzərdən keçirməyə imkan verir.

Səbəb - nəticə diaqramı necə istifadə olunur

Səbəb-nəticə diaqramının əsas təyinatı problemin nəticələrini təhlil edərək həmin problemin kök səbəblərini tapmaqdır. Bundan sonra problemi aradan qaldırmağa yönəlik fəaliyyətlər müəyyən edilir və hazırlanaraq həyata keçirilir.

Səbəb-nəticə diaqramınən tətbiqi müəyyən bir təsir səbəblərinin siyahısının strukturlaşdırılmış qrafik görüntüsünü əldə etməyə imkan verir.

Kontekstdən asılı olaraq təsir müsbət (məqsəd) və ya mənfi (problem) xarakterli ola bilər. Bu metod ekspertlər qrupu tərəfindən göstərilmiş bütüm mümkün senari və səbəblərin nəzərdən keçirilməsi və sonradan mövcud məlumatların qiymətləndirilməsi yolu ilə həyata keçirilir.

Səbəb-nəticə diaqramı elmi ədəbiyyatlarda “balıq skeleti”, İşikava diaqramı kimi də təqdim edilir.

Səbəb-nəticə diaqramı əsasən böyük həcmdə itkilərə səbəb olan qüsurların təhlili zamanı tətbiq edilir. Diaqramda aydın şəkildə ehtimal olunan səbəblər və onların nəticələri arasındakı asılılıq təsvir olunur. Bu metod məhsulun həyat dövrünün mərhələlərində qüsurları müəyyən etməyə və onların səbəblərinin qarşısını almağa şərait yaradır.

Şəkil 2-də göstərilmiş məhsulun qüsurlu olmasının təhlilinə dair səbəb - nəticə diaqramını nəzərdən keçirək.

Səbəb-nəticə diaqramımım qurulması ardıcıllığı

1. Problemin müəyyən edilməsi - üfiqi ox.
2. Problemə təsiri olan ən mühim amillərin aşkar olunması - böyük mailli oxlar.
3. Bu amillərə təsir göstərən səbəblərin müəyyənləşdirilməsi (ikinci, üçüncü və digər dərəcədə səbəblər) - kiçik mailli oxlar.
4. Təhlil:

  • dərəcələr üzrə amillərin ranqlanması;
  • verilən dövr üçün düzəlişlər olunan səbəblərin təyin edilməsi.

5. Yuxarıdakı əməliyyatın icrası üçün istehsal bölmələrinin, cavabdeh şəxslərin, həmçinin müvafiq sənədlərin müəyyən edilməsi.
6. Düzəldilmiş amillərə nəzarət məqsədilə tədbirlərin işlənməsi.
7. Perspektivdə bu istiqamətdə fəaliyyət üçün tədbirlərin işlənməsi, cavabdeh şəxsin müəyyən olunması.

Səbəb-nəticə diaqramının güclü və zəif tərəfləri

Güclü tərəfləri

  • nəticə və onun səbəbləri arasındakı əlaqəni aydın şəkildə görməyə imkan verir;
  • strukturlaşmış təhlil aparmağa imkan verir;
  • bütün mümkün ehtimalları nəzərdən keçirməyə imkan verir;
  • nəticələrin asanlıqla oxunan qrafik təsvirini əldə etmək mümkün olur;
  • tələb olunan və arzuolunmaz nəticələrlə bağlı vacib amilləri müəyyən etməyə imkan verir.

Zəif tərəfləri

  • bu metod ayrıca bir təhlil deyil, “beyin fırtınası” aparmaq üçün nəzərdə tutulur;
  • əsas səbəbə aparan səbəblər zəncirinin məntiqi yoxlanılması nəzərə alınmır, yəni əsas səbəbdən başlayaraq nəticələr istiqamətində yoxlama qaydaları yoxdur;
  • mürəkkəb və çox vaxt dəqiq şəkildə strukturlaşdırılmayan diaqram düzgün nəticə çıxarmağa imkan vermir.

Tərəfdaşlar